SON XƏBƏRLƏR

Azərbaycan və Bolqarıstan prezidentləri arasında təkbətək görüş keçirilib

2021.10.20, 07:36
Azərbaycan və Bolqarıstan prezidentləri arasında təkbətək görüş keçirilib

Gunaz.tv
Azərbaycan və Bolqarıstan prezidentləri arasında təkbətək görüş keçirilib ilhameliyevlegeorgipirv.jpg Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyevlə Bolqarıstan prezidenti Georgi Pırvanov arasında təkbətək görüş olub. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Bolqarıstan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi, qarşılıqlı əlaqələrin, o cümlədən iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial imkanların olduğu vurğulanıb. İki ölkə arasında enerji sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirilib. Beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığın əhəmiyyətini vurğulayan prezidentlər ikitərəfli münasibətlərin bundan sonra da genişləndiriləcəyinə əminliklərini ifadə ediblər. Görüşdə daha sonra ikitərəfli münasibətlər, regional və beynəlxalq əməkdaşlıq, qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar