SON XƏBƏRLƏR

Iranın Isfahan universitələrində təhsil alan Güney Azərbaycanlı tələbələr milli fəallara qarşı təziqlərə son qoyulmasını tələb edir

2021.10.20, 07:36
Iranın Isfahan universitələrində təhsil alan Güney Azərbaycanlı tələbələr milli fəallara qarşı təziqlərə son qoyulmasını tələb edir

Gunaz.tv
Iranın Isfahan universitələrində təhsil alan Güney Azərbaycanlı tələbələr milli fəallara qarşı təziqlərə son qoyulmasını tələb edir tələbəhərəkatı.jpg GÜNAZ.TV mətbuat mərkəzinin (www.dak.az) saytından əldə etdiyi məlumata əsasən İranın İsfahan universitələrində təhsil alan Güney Azərbaycanlı tələbələr polis və təhlükəsizlik məmurları tərəfindən milli, mədəni haqlarını tələb edən tələbə və milli fəallara qarşı təqib və təziqlərə son qoyulmasını tələb edən bəyanat yayıb. Bəyanatda bildirilir ki, İranın çoxunluqunu təşkil siyasi, iqtisadi və elmi sahələrdə əsaslı təsiri olan Güney Azərbaycan Türkləri İranda Pəhləvilər hakimiyyəti dövründən bu günə qədər ciddi ayrıseçgiliyə, milli -mədəni və iqtisadi huquq pozuntularına məruz qalmaqdadır. Öz insani haqlarını tələb edən və ya bu istiqamətdə fəaliyyət göstərən hər bir şəxs ciddi təhlükələrlə qarşılanır. Tələbə və milli fəallar həbs edilərək ağır fiziki və ruhi işgəncələrə məruz qoyulur. Təhsildən və ya iş yerlərindən qovulmağa məhkum edilirlər. “Biz İsfahan universitələrində təhsil alan Azərbaycanlı tələbələr birdaha tələb edirik ki, İranın ana yasasının 15 və 19-cu maddələrində nəzərdə tutulan insan haqlarının, iqtisadi, milli və mədəni haqları, etnik ayrıseçgiliyə qarşı qanunlar icra olunaraq bütün həbs olunan və təhsildən məhrum edilən tələbə, milli və mədəni fəallar dərhal azadlıqa buraxılsınlar, onlara qarşı təqib və təziqlərə son qoyulsun”. Xatırladaq ki, eyni məzmunlu bəyanat bir müddət öncə Tehran və Təbriz universitələrinin tələbələri də minlərlə tələbənin imzası olan bəyantı İranın rəsmi orqanlarına və beynəlxaq təşkilatlarına göndəriblər. İsfahan universitələrinin Azərbaycanlı tələbələri də 300 nəfərdən artıq tələbənin imzası ilə bəyanatı İranın rəsmi orqanlarına və Beynəlxalq İnsan Haqları təşkilatlarına göndəriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar