SON XƏBƏRLƏR

İran düşmənin SES-inə su tökür

2021.10.20, 07:36
İran düşmənin SES-inə su tökür

Gunaz.tv
İran düşmənin SES-inə su tökür İkitərəfli sazişlərə və beynəlxalq sənədlərə əsasən sərhəd çaylarının hidroresurslarından istifadə, sərhəd çayları üzərində elektrik stansiyalarının tikintisi dövlətlər arasında razılaşma və maraqlara uyğun həyata keçirilməlidir. Bu barədə "APA-Economics"ə "Azərenerji" ASC-dən məlumat verilib. ASC-nin məlumatında İranın Ermənistanla birgə Azərbaycanın işğal altındakı Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində Xudafərin SES-in və "Qız qalası" hidroqovşağının tikintisinə hazırlıq işləri aparmasından məlumatsız olduqları və məsələnin hazırda araşdırıldığı bildirilib: "Belə bir faktın mövcudluğu ortaya çıxarsa, şübhəsiz ki, müvafiq kanallar vasitəsi ilə Azərbaycan hökuməti tədbir görəcək". "Azərenerji"nin baş mühəndisi Saleh Məmmədov isə "APA-Economics"ə bildirib ki, Xudafərin SES və "Qız qalası" su qovşağının tikintisi ilə bağlı ərazidə geodeziya işlərinə ötən əsrin 80-ci illərində başlanılıb. Cəbrayıl rayonu işğal olunandan sonra ərazidə planlaşdırılan tikinti işləri təxirə salınıb. Qeyd edək ki, İranın "Mehr" xəbər agentliyi birinci vitse-prezident Pərviz Davudiyə istinadən Araz çayı üzərindəki bu SES və su qovşağının tikintisinə İran hökumətinin 125 mln. avro ayırdığı barədə məlumat yayıb. Bu vəsaitin 85 mln. avrosu Xudafərin SES, 40 mln. avrosu isə "Qız qalası" su qovşağının tikintisi üçün nəzərdə tutulub. Məlumatlara görə, tikinti işlərini İran Ermənistanla birlikdə həyata keçirməyi planlaşdırılır.express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar