SON XƏBƏRLƏR

Gürcüstanda NATO təlimləri keçiriləcək

2021.10.20, 07:36
Gürcüstanda NATO təlimləri keçiriləcək

Gunaz.tv
Gürcüstanda NATO təlimləri keçiriləcək 2009-cu il mayın 3-dən iyunun 3-dək Gürcüstanda Vaziani hərbi bazasında NATO təlimləri keçiriləcək. Gürcüstan Müdafiə Nazirliyi məlumat verir ki, 23 dövlətdən 900 hərbi qulluqçu təlimlərdə iştirak edəcək. Müvafiq təlimlər keçən il Ermənistanda keçirilmişdi. ---------------------------------------------------------------- Azərbaycanda narkotik alveri ilə məşğul olan 64 əcnəbi saxlanılıb Ötən il narkotiklərlə bağlı qeydə alınan cinayətlərin sayı 2889 olub Ötən il Azərbaycan ərazisində narkotiklərlə bağlı 2889 cinayət faktı qeydə alınıb. Onlardan 1202-si satışla əlaqədardır. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından verilən məlumatlara görə, həmin dövrdə ayrı-ayrı şəxslərdən 2210 kiloqram 733 qram narkotik vasitə, psixotrop maddələr və prekursorlar, o cümlədən 220 kiloqram 266 qram marixuana, 1658 kiloqram 590 qram həşiş, 166 kiloqram 875 qram tiryək, 162 kiloqram 19 qram heroin, 1550 həb, 90 ampula diazepam, 1000 ədəd ekstazi, 3,215 qram metadon, 242 qram metamfetamin, 2 kiloqram 737 qram xaşxaş samanı dövriyyədən çıxarılıá, 347 tondan artıq narkotik xassəli bitki məhv edilib. Bütün bunlara görə 2411 nəfər, o cümlədən 64 xarici vətəndaş saxlanılaraq məsuliyyətə cəlb olunub. Saxlanılan əcnəbilərdən 216 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə götürülüb. Əcnəbilərin 30-u İran, 17-si Gürcüstan, 14-ü Rusiya, 2-si Türkiyə, 1-i Ukrayna vətəndaşıdır. Hüquq mühafizə orqanları əsas diqqəti yenə də narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, qaçaqmalçılıqla daşınmasına qarşı mübarizəyə, onların daxilolma mənbələrinin aşkar edilməsinə yönəldiblər. İl ərzində yabanı halda bitmiş və qanunsuz əkilib-becərilmiş 347 tondan çox narkoxassəli bitki aşkar olunub məhv edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar