SON XƏBƏRLƏR

TÜRKİYƏ ABŞ-DAN “KOBRA” ALIR

2021.10.20, 07:36
TÜRKİYƏ ABŞ-DAN “KOBRA” ALIR

Gunaz.tv
TÜRKİYƏ ABŞ-DAN “KOBRA” ALIR Ankaranın Moskvadan vertolyot almaq istəməsi Vaşinqtonu qısqandırıb 2417.jpg Türkiyənin hücum vertolyotu ehtiyacını ödəmək məqsədilə Rusyadan 32 ədəd Mİ-28 tipli hava maşını almaq üçün Moskva ilə danışıqlara başlaması, bu günə qədər super “Kobra” helikopterlərini satmaq istəməyən ABŞ-ı yumşaldıb. Pentaqon “Kobra” helikopterinin satışı üçün yeni plan hazırlayaraq Ankaraya göndərib. Ankaranın qəbul edəcəyi halda Pentaqon Türkiyəyə dərhal 4 və ya 5 helikopter göndərəcək. ”Stratfor” telekanalınin xəbərinə görə, Pentaqonun düsturu belə işləyəcək: “Kobra” helikopterləri istehsal edən “Bell” şirkəti Amerikanın dəniz piyadaları üçün maşın buraxmağı dayandıracaq, Türkiyənin ehtiyaclarına uyğun miqdarda helikopter yığıb təcili şəkildə Türkiyəyə göndərəcək. Hərbi qaynaqlara istinadən verilən xəbərə görə, Pentaqon bu planı yeni prezident Barak Obamayla razılaşdıracaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar