SON XƏBƏRLƏR

AB ilə viza rejimi sadələşəcək

2021.10.20, 07:36
AB ilə viza rejimi sadələşəcək

Gunaz.tv
AB ilə viza rejimi sadələşəcək Komissar Ferrero-Valdner Avropa Birliyinin "Şərq Tərəfdaşlığı" təkliflərini Bakıya təqdim etdi Bakıda səfərdə olan Avropa Birliyinin xarici əlaqələr üzrə komissarı Benita Ferrero-Valdner dünən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüş keçirib. Görüşdən sonra keçirilən brifinqdə nazir Məmmədyarov bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqlar barədə komissara məlumat verib. "Bu münaqişə regionda stabitliyə və cənub dəhlizinə təhlükədir". Nazirin dediyinə görə, danışıqlarda həmçinin AB-nin "Şərq Tərəfdaşlığı" təşəbbüsü ətrafında fikir mübadiləsi aparılıb. "Müzakirədə əsasən hansı layihələrə üstünlük verilməsi məsələləri diqqət mərkəzində olub". B.Ferrero-Valdner isə danışıqların əsasən Ermənistan-Azərbaycan münaqişəsi, Şərq təşəbbüsü və enerji məsələlərini, xüsusən "Nabucco" layihəsini əhatə etdiyini deyib: "Azərbaycan və Ermənistan münaqişəni sülh yolu ilə birdəfəlik həll etməlidir. Biz iki ölkə prezidentlərinin görüşünə böyük ümid edirik. Ymid edirik ki, tərəflər mümkün kompromissi tapacaq. Münaqişənin həlli enerji layihələrinin həllini tapmasına da təkan verə bilər. Münaqişənin müharibə yolu ilə həll variantı yoxdur". Komissar jurnalistlərin suallarını cavablandırarkən münaqişənin nizamlanması baxımından Minsk qrupunu adekvat çərçivə saydığını deyib:"AB münaqişə həllini tapdıqdan sonra problemlərin həllinə kömək edə bilər. Bu bərpa işləri, qaçqınların geri qaytarılması və başqa sahələri əhatə edə bilər". Benita Ferrero-Valdner Azərbaycanda martın 18-də Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ilə bağlı keçiriləcək referendumla əlaqədar şərh vermək istəməyib. Yalnız bunu bildirib ki, AB bu referendumda xalqın azad və ədalətli seçim edəcəyinə ümid edir: "Bu demokratik prinsiplər bizim üçün əsasdır". Qeyd edək ki, Ferrero-Valdnerin səfərində əsas məqsəd "Şərq Tərəfdaşlığı" proqramı üzrə təkliflərini Azərbaycana tərəfə təqdim etmək olub. Komissar bildirib ki, "Şərq tərəfdaşlığı" AB-nin Qonşuluq siyasətinin yeniləşməsi deməkdir. O, "Şərq tərəfdaşlığı" proqramının iştirakçı ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığı nəzərdə tutduğunu söyləyib: "AB 6 ölkə ilə assosiativ saziş imzalayacaq. Bu sazişlər siyasi və iqtisadi əməkdaşlığı daha da genişləndirəcək, viza rejimini sadələşdirəcək, enerji hasil edən ölkələrlə istehlakçı ölkələr arasında münasibətləri daha da yaxınlaşdıracaq". Təkliflərdən biri read-missiya haqqında saziş əsasında vizaların verilməsi prosedurasının sadələşdirilməsi ilə bağlıdır. "Azərbaycan Qafqazda AB üçün mühüm əhəmiyyət kəsb edən ölkədir. Cənubi Qafqaz bizim qonşumuzdur və biz münasibətlərimizi daha da yaxınlaşdırmaq istəyirik. Azərbaycanda iqtisadiyyat inkişaf edir, lakin həllini gözləyən digər məsələlər var. Hesab edirəm ki, energetika və ticarət sahəsində qeydə alınan iqtisadi inkişaf ədalətli seçkilər, insan hüquqları, mətbuat azadlığı sahələrinə də təsirini göstərməlidir. Sadaladıqlarım AB üçün əsas dəyərlər hesab olunur. Bununla mən inkişaf görmək istədiyimiz sahələri açıqlamış oldum",-deyə AB komissarı bildirib. Benita Ferrero-Valdner Bakıya Tiflis və İrəvanda olduqdan sonra gəlib. Dünən qonaq Azərbaycan prezidenti tərəfindən də qəbul edilib. Qeyd edək ki, AB-nin "Şərq Tərfdaşlığı" təşəbbüsü Gürcüstan, Azərbaycan, Ermənistan, Moldova, Belarus və Ukraynanı əhətə edəcək. Bu ilin may ayında "Siyasətin şərqə tərəf genişlənməsi" çərçivəsində ABı bölgədə siyasi və iqtisadi islahatların müzakirə olunacağı zirvə toplantısı keçiriləcək. Avropa komissiyası 6 ölkəyə 2010-2013-cü illərdə əlavə 350 milyon avro vermək barədə təşəbbüslə çıxış edib. Bəkir

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar