SON XƏBƏRLƏR

İran «Nabukko» layihəsində iştirak etmək istəyir

2021.10.20, 07:36
İran «Nabukko» layihəsində iştirak etmək istəyir

Gunaz.tv
İran «Nabukko» layihəsində iştirak etmək istəyir nabuko1.jpg Avropa Birliyi Rusiyanın maye qaz asıllığından qurtulmaq üçün alternativ yollar axtarır. Rəsmi Tehran qaz məsələsində Avropaya kömək etməyə hazır olduğunu bəyan edib. Bu əməkdaşlıq «Nabukko» qaz kəməri layihəsi çərçivəsində baş tuta bilər. Lakin İrana qarşı beynəlxalq sanksiyaların tətbiq olunması məsələni sual altında qoyur. Enerji əməkdaşlığı siyasətdən kənar aparılmalıdır. Belə bir bəyanatla İran tərəfi çıxış edib. Rəsmi Tehran Avropa Birliyinə qaz sahəsində sıx əməkdaşlıq etməyi təklif edib. Bu təklifi İranın xarici işlər nazirinin müavini Mehdi Səfəri Avropa Parlamentində səsləndirib. O, İranın Avropaya qaz satmaq və həmçinin tranzit xidməti həyata keçirməyə hazır olduğunu söyləyib. Avropa Birliyi yeni qaz əməkdaşlığı və alternativ tranzit marşurut məsələsində maraqlı olduğnu gözlətmir. Hazırda danışıqlar «Nabukko» layihəsi ətrafında aparılır. Dünyada qaz ehtiyatına görə ikinci yeri tutan İranın bu layihədə iştirakı mümkündür. Lakin nüvə problemi səbəbindən rəsmi Tehrana qarşı tətbiq olunan beynəlxalq sanksiyalar bu əməkdaşlığı kölgələyir. İranın «Nabukko» layihəsində iştirakı məsələsi yanvarın 26-27-də Budapeştdə keçiriləcək sammitdə müzakirə olunacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar