SON XƏBƏRLƏR

Ermənistan Xarici İşlər Nazirliyi illik hesabatı açıqlayıb

2021.10.20, 07:36
Ermənistan Xarici İşlər Nazirliyi illik hesabatı açıqlayıb

Gunaz.tv
Ermənistan Xarici İşlər Nazirliyi illik hesabatı açıqlayıb “Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesi qarşısında maneələri aradan qaldırmağa çalışır”. APA-nın məlumatına görə, bu fikirlər Ermənistan Xarici İşlər Nazirliyinin illik hesabtında öz əksini tapıb. Sənəddə bildirilir ki, Ermənistanın fevral ayında keçirilən seçkilərdən sonra formalaşmış yeni hakimiyyəti münaqişənin ATƏT-in Minsk Qrupu çərçivəsində və Madrid prinsipləri əsasında, danışıqlar yolu ilə həllinə dair əvvəlki hakimiyyətin siyasətini və Dağlıq Qarabağın danışıqlar prosesində tərəf kimi iştiraka yönəlik səyləri davam etdirir. Hesabatda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqlar prosesinin xronologiyası, prezidentlər arasında keçirilən görüşlər, imzalanan sənədlər, beynəlxalq səviyyədə aparılan müzakirələr barədə məlumatlar öz əksini tapıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar