SON XƏBƏRLƏR

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü yanvarın 28-də ola bilər

2021.10.20, 07:36
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü yanvarın 28-də ola bilər

Gunaz.tv
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü yanvarın 28-də ola bilər 2009-01-22_9743.jpg Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında növbəti görüş yanvarın 27-də İsveçrənin Sürix şəhərində keçiriləcək. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib. Nazir bildirib ki, ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Bernar Fasye onunla telefonla əlaqə saxlayaraq bildirib ki, Ermənistan prezidenti Serj Sarkisyan ümumdünya iqtisadi forumu çərçivəsində Davosda Azərbaycan prezidenti İlham Əliyevlə görüşə razılıq verib. Prezidentlərin görüşündən bir gün əvvəl erməni həmkarı Edvard Nalbandyanla bir araya gələcəyini qeyd edən Məmmədyarovun sözlərinə görə, İsveçrədə Davosa ən yaxın aeroport Sürixdə yerləşdiyindən görüş də elə bu şəhərdə keçiriləcək. Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün yanvarın 28-də keçirilməsi nəzərdə tutulur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar