SON XƏBƏRLƏR

NABUKKO LAYİHƏSİNİN REALLAŞDIRILMASI ÜÇÜN İLK ADLIMLAR ATILMAĞA BAŞLAYIB

2021.10.20, 07:36
NABUKKO LAYİHƏSİNİN REALLAŞDIRILMASI ÜÇÜN İLK ADLIMLAR ATILMAĞA BAŞLAYIB

Gunaz.tv
NABUKKO LAYİHƏSİNİN REALLAŞDIRILMASI ÜÇÜN İLK ADLIMLAR ATILMAĞA BAŞLAYIB macaristan_1.gif Orta Asiya qazının Türkiyə vasitəsilə Avropaya çatdırılması və ötürülməsini nəzərdə tutan Nabukko layihəsinin reallaşdırılması üçün ilk adlımlar atılmağa başlayıb. Layihənin iştirakçısı olan ölkələr yanvarın 27-də Macarıstanın paytaxtı Budapeştdə görüş keçirəcək. Məlumatlara görə, toplantıda Avropa İttifaqı və Xəzəryanı ölkələrin nümayəndələri iştirak edəcək. Qeyd edək ki, 10 milyard dollar dəyəri olan “Nabucco» qaz kəməri üçün potensial qaz tədarükçüləri kimi Azərbaycanla yanaşı, İran, Türkmənistan və İraq göstərilir. Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan konsorsiuma Avstriya, Macarıstan, Rumıniya, Bolqarıstan, Türkiyə və Almaniya şirkətləri qoşulub.. Layihə çərçivəsində ilk qazın 2015-cü ildə Avropaya çatdırılması planlaşdırılır. /İctimai TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar