SON XƏBƏRLƏR

Ermənistanın xarici işlər naziri Türkiyəyə qarşı kəskin çıxış edib

2021.10.20, 07:36
Ermənistanın xarici işlər naziri Türkiyəyə qarşı kəskin çıxış edib

Gunaz.tv
Ermənistanın xarici işlər naziri Türkiyəyə qarşı kəskin çıxış edib nalbandyan.jpg Edvard Nalbandyan: “İrəvan, Ankara ilə münasibətləri düzəltmək üçün heç bir güzəştə getməyəcək” Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bildirib ki, Ermənistan, Türkiyə ilə münasibətləri düzəltmək üçün heç bir fədakarlıq etməyəcək. Nalbandyan keçirdiyi mətbuat konfransında qeyd edib ki, iki ölkə arasında komissiyanın yaradılması yalnız, Türkiyə ilə sərhədlərin açılmasından və heç bir şərt irəli sürülmədən diplomatik əlaqələrin qurulmasından sonra mümkün ola bilər. “Türkiyə əlaqələri stabilləşdirməklə bizə yaxşılıq etmir. Ermənistan, soyqırımın tanınması istiqamətində olan siyasətindən heç vaxt əl çəkməyəcək. Tarixin qara səhifələri vərəqlənməlidir və keçmiş dərslər unudulmamalıdır. Ermənistan heç vaxt soyqırım həqiqətini araşdırmayacaq. İrəvan Ankara ilə münasibətləri düzəltmək üçün heç bir güzəştə getməyəcək”,-deyə o qeyd edib. Bundan başqa, E.Nalbandyan, Ermənistanın “Qafqaz sabitlik və əməkdaşlıq platforması” ilə bağlı yanvarın sonunda Ankarada keçiriləcək iclasda da iştirak edəcəyini bildirib. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar