SON XƏBƏRLƏR

«Yaprak dökümü»nün baş qəhrəmanı qondarma soyqırıma görə ermənilərdən üzr istəyib

2021.10.20, 07:36
«Yaprak dökümü»nün baş qəhrəmanı qondarma soyqırıma görə ermənilərdən üzr istəyib

Gunaz.tv
«Yaprak dökümü»nün baş qəhrəmanı qondarma soyqırıma görə ermənilərdən üzr istəyib 2009-01-21_9675.jpg Azərbaycan tamaşaçılarının sevərək izlədikləri «Yaprak dökümü» adlı türk serialının baş qəhrəmanı ermənilərdən üzr istəyib. PRESSPOST-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ali Rza bəy obrazını canlandıran Halil Ergün bu sözləri Türkiyədə nəşr edilən «Aqos» qəzetinin baş redaktoru Hrant Dinkin qətlə yetirilməsinin ikinci il dönümü münasibəti ilə keçirilən tədbirdə deyib. Dinkin dostlarının adından çıxış edən H.Ergün «Hrant yetim bir xalqın uşağı idi və biz o yetim uşağı itirdik. O tariximizlə üzləşmək üçün önəmli bir dəlil idi. İndi Tələt Paşanın sənədlərinə baxıb, bir milyon erməninin sürgün edildiyini görürük. Hrant bizə bunları deyirdi. İndi mən səndən və bu torpağın ermənilərindən üzr istəyirəm. Buradakıları da üzr istəməyə çağırıram. İndi başa düşürük ki, onu öldürənlər irqçi və milliyətçilərdir. Hrantın mirası olan "Aqos" yaşamalıdır», deyə bildirib. Qeyd edək ki, qondarma soyqırıma görə ermənilərdən üzr istəyən Halil Ergün Nəsibə Zeynalova adına Moskva Azərbaycan estrada teatrının direktoru Sərxan Kərəmoğlunun çəkəçəyi filmdə də əsas rollardan birini ifa edəcək. Filmdə Azərbaycan, Rusiya və Türkiyə sənətçiləri birgə iştirakı edəcəklər. çəkilişləru Bakı, İstanbul və Moskvada aparılacaq film üç dildə səsləndiriləcək və Azərbaycan, Rusiya, Türkiyədə həm kinoteatrlarda, həm də televiziya kanallarında nümayiş etdiriləcək./

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar