SON XƏBƏRLƏR

Aİ Komissarı Qarabağ çözümünün iqtisadi faydasından danışıb

2021.10.20, 07:36
Aİ Komissarı Qarabağ çözümünün iqtisadi faydasından danışıb

Gunaz.tv
Aİ Komissarı Qarabağ çözümünün iqtisadi faydasından danışıb 20080215142744benita_203x152.jpg Bakıya səfər edən Avropa İttifaqının Xarici Əlaqələr və Qonşuluq Siyasəti üzrə Komissarı Benita Ferrero-Valdner bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqı və region ölkələri arasında yanacaq layihələri üçün ciddi maneədir. Xanım Ferrero-Valdner Azərbaycanda prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmilərlə görüşlər keçirir. Bundan əvvəl o Ermənistan və Gürcüstanda olmuşdu. O münaqişə edən tərəfləri tez bir zamanda güzəştli çözüm yolu tapmağa səsləyib. "Mən hesab edirəm ki, Azərbaycan və Ermənistan münaqişəni birdəfəlik, dinc yollarla həll etməlidirlər. Bu regionun energetika sferasının inkişafına böyük təsir göstərərdi." Ermənistanda olarkən, Avropa İttifaq Komissarı, təşkilatın münaqişənin həllində lazım olan köməyi göstərməyə hazır olduğunu demişdi. Ferrero-Valdner ölkə rəhbərliyi ilə Avropa İttifaqının Şərqi Partnyorluq təşəbbüsünü də müzakirə edib. Xarici işlər naziri Elmar Məmmədyarov hazırda Azərbaycanla Aİ arasında imzalanacaq Şərqi Partnyorluğa dair sənədlərin üzərində işin getdiyini bildirib. Aprel ayında Praqada Aİ-nın Şərqi Partnyorluq proqramına dair zirvəgörüşü keçiriləcək. Xarici radiostansiyalar Səfərinin əvvəlində xanım Ferrero-Valdner xarici radiostansiyaların bağlanılması məsələsini müzakirə edəcəyini vəd etmişdi. Həmin qərar qəbul ediləndə, Avropa İttifaqı rəsmisi bunu Şərqi Partnyorluq siyasətinə sığışmayan bir hərəkət kimi təsvir etmişdi. Elmar Məmmədyarovla görüşdən sonra, xanım Ferrero-Valdner, Azərbaycan tərəfinin "hər iki tərəf üçün məqbul" çıxış yolunu tapmaq üçün dialoq aparmağa hazır olduğunu söyləyib.bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar