İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Pezeşkian Moskvadadır
KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
"Artıq Avropanın Kremlin növbəti "qaz oyununa" qoşulmağa nə gücü var, nə də həvəsi" Rusiya və Ukrayna arasındakı qaz qalmaqalı, Avropanın soyuqdan donması "Nabucco" layihəsinə marağı artırıb, bu layihə ətrafında müzakirələri genişləndirib. Məsələn, "Financial tayms" qəzetinə açıqlama verən Almaniyanın iqtisadiyyat naziri Mixael Qloss Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın "Nabucco" layihəsinin reallaşmasını ölkəsinin Avropa Birliyinə üzvlük müzakirələrilə əlaqələndirməsini "siyasi şantaj" kimi qiymətləndirib. Nazir deyib ki, "siyasi şantajı" bir kənara buraxıb layihənini gerçəkləşməsi üçün çalışmalıyıq. Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib ki, Avropa Birliyi üzvlük müzakirələri çərçivəsində enerji bölümünə veto qoymağı davam etdirəcəyi halda Türkiyə "Nabucco" layihəsini dəstəkləməyə bilər. Tural Avropa Birliyinin müzakirələrdə enerji başlığına əngəl olması isə yunan Kiprinin mövqeyilə bağlıdır. Yunan Kipri iddia edir ki, Türkiyə onların Aralıq dənizində neft və qaz yataqlarının axtarmasını əngəlləyir. Rəsmi Ankara isə bəyanlayır ki, yunanlar dənizin türk şelfində axtarışlar aparmağa çalışırlar. "Finansial Times" qazeti yazıb ki, Türkiyə baş naziri xəbərdarlığı Avropanın enerji təlaşının kritik həddə çatdığı vaxtda dilə gətirib. Avropa Komissiyasının sədri Barrosso isə bildirib ki, enerji təhlükəsizliyi Türkiyənin AB ilə üzvlük müzakirələrinə əsir edilməyəcək qədər önəmlidir. Göründüyü kimi, dünyanı qlobal iqtisadi böhran bürüsə də "Nabucco" layihəsi bir çox Avropa və Asiya ölkələrinin təkcə iqtisadi-siyasi maraqlarını həvəsə gətirmir. Bu layihə əsəblərə toxunan həssas məsələyə çevrilib. Belə bir dövrdə, yəni, yanvarın 26-27-də Budapeştdə "Nabucco" sammiti keçiriləcək. Sammitə Avstriya, Rumıniya, Bolqarıstan, Türkiyə, Almaniya, bir sözlə, istehlakçı, enerji təchizatçısı olan ölkələr, tranzit imkanlara malik dövlətlər və layihənin səhmdarları qatılacaq. Sammitə Azərbaycan, Qazaxıstan, Türkmənistan və Misir dəvət olunublar. Toplantıya İraqın baş naziri Nuri əl-Malikinin də qatılacağı gözlənilir. XİN rəhbəri Elmar Məmmədyarov deyib ki, toplantıya Azərbaycan prezidenti İlham Əliyev də qatılacaq və layihədə maraqlı olan ölkələrin təkliflərini öyrənəcək. Bu ərəfədə isə Avropa Birliyinin xarici əlaqələr və qonşuluq siyasəti üzrə komissarı Benita Ferrero-Valdner Gürcüstan və Azərbaycana səfərə gəlib. Məlumatlara görə, AB komissarı Cənubi Qafqaz ölkələrinin rəhbərlərilə bir sıra məsələlərlə yanaşı, Nabucco" layihəsinin gerçəkləşdirilməsi müzakirə edib. Sanki soyuq qış "Nabucco" layihəsinin həyata keçməsində maraqlı olan dövlətləri sürətlə hərəkət etməyə məcbur edir. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu son bir ayda "Nabucco" layihəsinin reallaşdırılması istiqamətində ciddi addımların atıldığını bildirdi. Onun sözlərinə görə, layihənin əhəmiyyəti haqqında bəyanatların çoxalması təsadüfi sayılmamalıdır. Belə ki, dəyəri 12,4 milyard dollar olan "Nabucco" qaz kəmərilə Azərbaycan və Mərkəzi Asiyadan Avropa Birliyi ölkələrinə qaz ixracı nəzərdə tutulur. Bu isə Rusiyanın Avropa bazarında qaz üstünlüyünə son qoya bilər. Rusiya ilə Ukrayna arasındakı anlaşılmazlıqdan sonra Avropada anladılar ki, alternativ enerji kəmərlərinin tikilməsi mütləqdir. Rusiyada və ya bu ölkədən Avropaya qaz ötürülən kəmərlərdə, eləcə də dövlətlərdə problem yaranarkən Qazsız qalmaq avropalıları təngə gətirib: "Məhz buna görə də, "Nabucco"nun əhəmiyyəti artıb və avropalılar bu layihəyə daha ciddi və doğru şəkildə yanaşmağa başlayıblar. Artıq Kremldə də anlayırlar ki, Avropanı "dondurmaq" Rusiyanın özü üçün təhlükəlidir. Hətta Rusiya baş naziri də "qaz savaşı"nın getdiyi dönəmdə bildirdi ki, Kreml "Nabucco"nun əleyhinə deyil. Yəni, Rusçiya rəsmilərinin dilindən ilk dəfə idi ki, bu cür açıq fikirlər eşidirdik. Hesab edirəm ki, bu il layihənin aktuallığı əvvəlki illərlə müqayisədə xeyli artacaq". "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri onu da vurğuladı ki, bu layihənin həyata keçməsində daha çox Avropa aktivlik göstərməlidir. Azərbaycanla Türkmənistanın bu məsələdə çox da aktiv görünməməsi təbii qarşılanmalıdır. Çünki hər iki ölkə özünün enerji resurslarını istədiyi miqdarda müxtəlif istiqamətlərdə çatdıra bilir. Əgər Avropa Birliyi istəyirsə ki, layihə gerçəkləşsin əməli tədbirlərə keçməli və danışıqları intensivləşdirməlidir. Digər bir tərəfdən, ildən ilə layihənin dəyəri də ildən-ilə artır. Ona görə Avropa üçün bu məsələdə sürətli qərarlar vermək zamanı yetişib. Düşünürəm ki, Macarıstanda təşkil olunacaq zirvə toplantısı bu danışıqlara impuls verəcək. Daha bir böyük layihənin gerçəkləşməsi rəsmi Bakıdan çox Avropa ölkələrinə lazımdır. Artıq Avropanın Kremlin növbəti "qaz oyununa" qoşulmağa nə gücü var, nə də həvəsi".
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Təbrizdə iki hüquqşünas həbs edilib
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
İranda dollar yenidən bahalaşmağa başladı
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda