SON XƏBƏRLƏR

İRAN “COCA-COLA”YA QADAĞA QOYMAĞA HAZIRLAŞIR

2021.10.20, 07:36
İRAN “COCA-COLA”YA QADAĞA QOYMAĞA HAZIRLAŞIR

Gunaz.tv
İRAN “COCA-COLA”YA QADAĞA QOYMAĞA HAZIRLAŞIR Qonşu ölkədə bu markanin məhsullarini satan şirkət Azərbaycanda da işləyir İran hökuməti “Coca-Cola” şirkətinin məhsullarına qarşı rəsmən boykot tətbiq etməyə hazırlaşır. “Frans press” agentliyinin xəbərinə görə, Tehran bu addımı ABŞ-ın İsrauilin Qəzzada törətdiklərinə dəstək verməsi ilə əlaqədar olaraq atacaq. Bildirilir ki, İran hökuməti “Coca-Cola” içkilərinin ölkədə satışını həyata keçirən “Xoşqovar” adlı şirkəti bağlamaq istəyir və hazırda onun fəaliyyətini araşdırır. Lakin bu şirkətdən bildiriblər ki, onların “Coca-Cola” ilə birbaşa işgüzar münasibətləri yoxdur. Bununla belə, şirkətin qonşu Azərbaycandakı biznes firmaları “Xoşqovar”ın “Coca-Cola” içkilərinin qablaşdırılması və satışı üzrə Azərbaycanda rəsmi distrubütoru olduğunu təsdiq ediblər. Xatırladaq ki, bundan əvvəl “Coca-Cola” məhsullarına ABŞ-ın Qəzzada baş verənlərə münasibətinə etiraz olaraq Malayziyada qadağa qoyulmuşdu. Daha sonra Türkiyədə bu marka adı altında satılan içkilərə qadağa qoyulması haqda çağırışlar eşidilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar