SON XƏBƏRLƏR

Bakıda İran vətəndaşı həbs olunub

2021.10.20, 07:36
Bakıda İran vətəndaşı həbs olunub

Gunaz.tv
Bakıda İran vətəndaşı həbs olunub 20:01 21-01-2009 Bakının Əzizbəyov rayonunda narkotik vasitələrin alveri ilə məşğul olmaqda təqsirləndirilən İran İslam Respublikasının vətəndaşı həbs olunub. Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Əzizbəyov Rayon Polis İdarəsi (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin (NMB) əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində 1971-ci il təvəllüdlü Teymur Məlikağa oğlu Qasımovdan 23,836 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni ona satan İran İslam Respublikasının vətəndaşı Bakhshi Pahsa Alamgholidə tutulub. RPİ-də hər 2 şəxsin barəsində Cinayət Məcəlləsinin 234.1-ci (qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsi ilə cinayət işi başlanılıb. Şəhriyar ƏLİZADƏ LENT.AZ Xəbərin oxunma sayı: 47

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar