SON XƏBƏRLƏR

Nelson Mandela Obamaya: "Ümidin səsi oldunuz..."

2021.10.20, 07:36
Nelson Mandela Obamaya: "Ümidin səsi oldunuz..."

Gunaz.tv
Nelson Mandela Obamaya: "Ümidin səsi oldunuz..." article_1232528201.gif QayNar: Cənub Afrikada irq ayrı-seçkilikçiliyinə qarşı mübarizə aparmış qəhrəman, sabiq dövlət başçısı Nelson Mandela, ABŞ-ın yeni başçısı Barak Obamanı dünya üçün "ümidin yeni səsi" adlandırdı. Mandela, Obamaya dünən and içmədən əvvəl yazdığı məktubunda, yeni ABŞ başçısını vəzifəyə başlaması münasibətiylə təbrik edib və bu hadisənin ABŞ və dünya üçün tarixi bir an olaraq xarakterizə edib. Nelson Mandela, "Bu gün bizlər, ölkəmizin demokratiyaya keçiş anındakı həyəcan və şövqü, yenidən xatırladıq. Yalnız bizim ölkəmizdə deyil, bütün dünyada insanlar ədalətsizliyi insanlığın birgə səyiylə dəf etməyin mümkünlüyünü və birlikdə daha yaxşı bir yaşam hədəfinə çata biləcəyinə inanmanın həyəcanını yaşadılar" ifadəsini istifadə etdi. Mandela məktubunda, "Hörmətli prezident, siz bu problemlərlə mübarizə aparmağın müemkünlüyünü göstərdiniz, həqiqətən də dünyanı dəyişdirə biləcəyimiz və daha yaxşı bir hala gətirə biləcəyimiz kimi yeni bir ümidin səsi oldunuz" fikirinə də yer verdi. Nelson Mandela, qaradərili Obamayla qürur duyduğunu da məktubda qeyd edib. // Natiq Kamal, QayNar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar