SON XƏBƏRLƏR

Azərbaycanda “Yəhovanın şahidləri” Dini İcmasının iki üzvü hərbi xidmətdən imtina etdiyi üçün həbs olunub

2021.10.20, 07:36
Azərbaycanda “Yəhovanın şahidləri” Dini İcmasının iki üzvü hərbi xidmətdən imtina etdiyi üçün həbs olunub

Gunaz.tv
Azərbaycanda “Yəhovanın şahidləri” Dini İcmasının iki üzvü hərbi xidmətdən imtina etdiyi üçün həbs olunub qandalqoldab.jpg Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanda 500-dək “Yəhova şahidi” var. Bu barədə APA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş şöbəsinin müdiri Gündüz İsmayılov bildirib. Şöbə müdiri Azərbaycanda “Yəhovanın şahidləri” Dini İcmasının vaxtı ilə Ədliyyə Nazirliyində qeydiyyata alındığını, 2002-ci ildə isə təkrarən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dövlət qeydiyyatından keçirildiyini deyib. Onun sözlərin görə, rəhbəri Leonid Moroz adlı şəxs olan “Yəhovanın şahidləri” Dini İcması Bakı şəhərində qeydiyyatdan keçdiyinə görə yalnız burada fəaliyyət göstər bilər. Komitə rəsmisi bir neçə gün əvvəl Gəncədə saxlanılan icma üzvlərinin həmin ərazidə qanunsuz toplaşdıqlarını söyləyib: “Onların izahatları alındıqdan sonra sərbəst buraxılıblar. Saxlanılan icma üzvlərinin sayı isə 80 deyil, 8 nəfər olub”. “Yəhovanın şahidləri”nin dini etiqadının hərbi xidmət keçməyi qadağan etdiyini deyən G. İsmayılov indiyə kimi Azərbaycanda 2 nəfərin bu məsələ ilə bağlı həbs edildiyini, cəzasını çəkdikdən sonra sərbəst buraxıldığını deyib. G. İsmayılov Qafqazın digər ölkələri Gürcüstan və Ermənistanda isə “Yəhovanın şahidləri”nin minlərlə tərəfdarının olduğunu deyib. Onun sözlərinə görə, Gürcüstanda “Yəhovanın şahidləri”nin sayı 15 min, Ermənistanda isə 10 min nəfərdən artıqdır: “Ermənistanda 40-dan artıq “Yəhova şahidi” dini etiqadına görə həbsdədir”. Qeyd edək ki, “Yəhovanın şahidləri” dini təriqəti XIX əsrin sonlarında ABŞ-da yaranıb. Təriqət üzvləri cənnət və cəhənnəmi qəbul etmir, onların təriqətini qəbul etməyənləri isə keçi hesab edirlər. Dünyanın bir neçə ölkələrində “Yəhovanın şahidləri”nin fəaliyyəti qadağan olunub. 2008-ci il avqustuna olan məlumata görə, dünyada “Yəhovanın şahidləri” təriqətinin 7 milyondan çox üzvü var.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar