SON XƏBƏRLƏR

Talibandan Obamaya ilk mesaj

2021.10.20, 07:36
Talibandan Obamaya ilk mesaj

Gunaz.tv
Talibandan Obamaya ilk mesaj article_1232538600.gif Əfqanıstanda 2001-ci ildə devrilən Taliban rejiminin sözçüsü, dünən and içərək vəzifəsinə başlayan ABŞ prezidenti Barak Obamaya ilk mesajlarını göndərib QayNar: Sözçü Yusif Əhməd, "AFP"-yə telefonla verdiyi açıqlamada, Obamanın Amerika hərbi birliklərini Əfqanıstandan çəkməli olduğunu, yoxsa aqibətlərinin 1980-ci illərdə Əfqanıstanı işğal edən Sovet İttifaqı ilə eyni olacağını söyləyib. "Qaynar.info"-nun verdiyi xəbərə görə, Əhməd, "Obama ilə bir problemimiz yoxdur, amma (əvvəlki prezident Corc) Buşun siyasətindən dərs almalıdır, hətta ondan öncə, Əfqanıstanı 1979 ilə 1989-cu illər arasında işğal edən və mücahidlərin müqaviməti qarşısında zorla ölkəni tərk edən Sovetlərdən dərs almalıdır" deyib. Qeyd edək ki, Taliban 2001-ci ildə iqtidardan endirilib. Ancaq 70 minə qədər xarici əsgərin mövcudiyyətinə baxmayaraq Taliban rejiminə bağlı olan döyüşçülərin müqaviməti davam edir. Obama, Əfqanıstanı xarici siyasətinin "prioritetlərinin başında" saymışdı. //Rəşad Səfərov, QayNar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar