SON XƏBƏRLƏR

Azərbaycan və Ermənistan prezidentlərinin qarşıda duran görüşü faydalı olacaq

2021.10.20, 07:36
Azərbaycan və Ermənistan prezidentlərinin qarşıda duran görüşü faydalı olacaq

Gunaz.tv
“Azərbaycan və Ermənistan prezidentlərinin qarşıda duran görüşü faydalı olacaq” Benita Ferrero-Valdner : “Avropa İttifaqı Azərbaycan və Ermənistan prezidentlərinin qarşıda duran görüşünə Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanması bax& Avropa İttifaqı Azərbaycan və Ermənistan prezidentlərinin qarşıda duran görüşünə Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanması baxımından böyük ümidlər bəsləyir. «Münaqişə sülh yolu ilə həll olunmalıdır və biz ümid edirik ki, Azərbaycan və Ermənistan prezidentlərinin qarşıda duran görüşü faydalı olacaq», - deyə jurnalistlərə Avropa İttifaqının xarici əlaqələr və Avropa qonşuluq siyasəti üzrə komissarı Benita Ferrero-Valdner bildirib. Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan yanvarın 28-də Davosda keçiriləcək Ümumdünya İqtisadi Forum çərçivəsində görüşəcək və burada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə edəcəklər. Prezidentlərin görüşünü ATƏT-in Minsk Qrupunun Fransa, ABŞ və Rusiyadan olan həmsədrləri ötən həftə regiona son səfərləri zamanı razılaşdırıblar. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə bildirib ki, yanvarın 27-də İsveçrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə hazırlıq məqsədilə iki ölkənin xarici işlər nazirləri danışıqlar aparacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar