SON XƏBƏRLƏR

İRANIN XARİCİ İŞLƏR NAZİRİ OBAMAYA TÖVSİYƏ VERİB

2021.10.20, 07:36
İRANIN XARİCİ İŞLƏR NAZİRİ OBAMAYA TÖVSİYƏ VERİB

Gunaz.tv
İRANIN XARİCİ İŞLƏR NAZİRİ OBAMAYA TÖVSİYƏ VERİB th024549456.jpg İranın xarici işlər naziri Mənuçehr Mottaki jurnalistlərlə söhbətində səlahiyyətlərinin icrasına başlamış ABŞ prezidenti Barak Obamaya «yaranmaqda olan yeni Orta Şərqi tanımağı» tövsiyə edib. Mənuçehr Mottaki «Media forum» saytının məlumatına görə, M.Mottaki bu bölgəyə ənənəvi baxışın nəticə verməyəcəyini vurğulayıb: «ABŞ hökuməti yaranmaqda olan yeni Orta Şərqi tanımalıdır». «Obama formal yox, ciddi şəkildə bu inama gəlib çatmalıdır ki, keçmiş hökumətlərin, o cümlədən son 8 ildəki hökumətin dünyanın müxtəlif nöqtələrində yeritdiyi siyasət ABŞ-a qarşı tənqidi baxış formalaşdırıb» deyən nazir Obamanın ölkəsinin keçmiş siyasətlərinə tənqidi yanaşmasını müsbət qarşıladığını söyləyib: «Bu yanaşma tərzi məntiqi siyasətlərin qəbul edilməsinə yardımçı olar. ABŞ dünyada elə bir siyasət yeritməlidir ki, həm xalqının mənafeyi təmin olunsun, həm də digər ölkələrin mənafeyinə xələl gəlməsin». «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar