SON XƏBƏRLƏR

ABŞ-ın İranla bağlı yeni siyasəti

2021.10.20, 07:36
ABŞ-ın İranla bağlı yeni siyasəti

Gunaz.tv
ABŞ-ın İranla bağlı yeni siyasəti ABŞ-ın müdafiə nazirliyi (PENTAGON) yanvarın 13-də bəyanat yayaraq İran rəsmilərini yenidən İraqın daxili işlərinə müdaxilə etməkdə günahlandırmışdır. 68 səhifəlik raporda bildirilir ki, rəsmi Tehran dəfələrlə verdiyi vədələrə baxmayaraq İraqda təhlükəsizliyin yaranmasına mane törətməyə davam edir. Raporda qeyd olunur ki, İran, İraqda olan fanatik qüvvələrin hərbi təliminə və silahlandırmasına davam edir. Pentaqon həm də xəbərdarlıq edir ki, İran bu ayın sonunda İraqda keçiriləcək yerli seçkilərə də müdaxilə edərək daha artıq nüfuz qazanmağa çalışır. Digər tərəfdən Amerikanın gələcək Xarici İşlər Naziri vəzifəsini icra edəcək Hillari Klinton da bildirib ki, Amerikanın İranla bağlı siyasətində bütün variantlardan istifadə oluna bilər. H. Kilinton ABŞ-ın regionda aparıci siyasət yürüdəcəyinə işarə edərək bildirinb ki, Amerika tək başına dünyada yaşayan insanların taleyini müəyyənləşdirməyə və problemlərini həll etməyə qadir deyil. Yanvarın 13-də çıxış edən və öz xarici siyasi kursunu açıqlayan H. Klinton İranın nüvə məsələlərinə toxunaraq bildirmişdir ki, İranın nüvə silahına yiyələnməsi məsələsində hərbi gücdən istifadə etmək variantı aradan qaldırılmayıb. İranın belə bir silaha yiyələnməsinin qarşısını almaq üçün bütün vasitələrdən istifadə oluna bilər. Yanvarın 11-də isə ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obama ABC telekanalına verdiyi müsahibədə bildirmişdi ki, İran hakimiyyəti Amerikanın xarici siyasətində bir “hədə” və “böyük problem” olaraq qalmaqdadır, amma buna baxmayaraq İrana qarşı yeni siyasi kursları yoxlayacayıq. İran rəsmiləri Barak Obamanın bu dediklərinə öz mövqelərini çox tez bildirdilər. Bir gün sonra İran Xarici İşlər Nazirliyinin sözcüsü Həsən Qəşqavi biuldirib ki, “İran tərəf müqabilin ciddi əməlləri qarşısında iş görəcək. O bildirib ki, Obamanın dediklərini əmələ keçirməsini gözləyirik.” O, həmçinin ABŞ-ın siyasətində dəyişikliklərin olmasına və İrana qarşı münasibətlərin dəyişməsinə ümid etdiyini bildirib. ABŞ-ın keçmiş Müdafiə Naziri Ceyms Şilizenger isə yanvarın 8-də Vaşıngtonda bir seminarda içıxış edərəkən Amerika hakimiyyətini İrana qarşı sərd tədbirlər həyata keçirməyə dəvət edib. O bildirilib ki, H. Kilinton Xarici İşlər Nazirliyi dönəmində Tehrana göstərməlidir ki, İrana ehtimal olunan hücum əvvəlkindən daha çox mümkündür. O bildirib ki, belə olmadığı halda İran özünü daha təhlükəsiz hesab edərək daha radikal addımlar atmağa görməyə cəhd göstərə bilər. İran rəsmilərinin bütün ümidləri Amerikada hakimiyyət dəyişdikdən sonra daha yumuşaq hakimiyyət numayəndələri ilə müzakirələri başlamaq olub. Amma ABŞ siyasi kursunun fərdlərdən asılı olmaması səbəbindən İrana qarşı münasibətlərin dəyişməsi çox da real görünmür. Digər tərəfdən buna İran ictimaiyyəti də hələ hazır görünmür. İran ilə Amerika arasında danışıqlar başlasa belə münasibətlərin normallaşması üçün hələ uzun müddət lazım olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar