SON XƏBƏRLƏR

ABŞ KONQRESİNDƏ 20 YANVARLA BAĞLI BƏYANATI : Bu faciə SSRİ-nin parçalanmasına təkan verdi

2021.10.20, 07:36
ABŞ KONQRESİNDƏ 20 YANVARLA BAĞLI BƏYANATI : Bu faciə SSRİ-nin parçalanmasına təkan verdi

Gunaz.tv
ABŞ KONQRESİNDƏ 20 YANVARLA BAĞLI BƏYANAT “Bu faciə SSRİ-nin parçalanmasına təkan verdi” 644.jpg ABŞ-ın Tennesi ştatından olan konqresmen Stiv Koen (Stive Kohen) 20 Yanvar faciəsi ilə bağlı Konqresdə bəyanat yayıb. Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, S. Koen bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə 26 minlik sovet qoşunu tanklarla Bakı şəhərinə hücum edib. Mixail Qorbaçovun sərəncamı ilə baş verən bu hücum Azərbaycanda artmaqda olan demokratik hərəkəti boğmaq məqsədi daşıyıb: “Lakin Sovet rəhbərliyinin azərbaycanlıların azadlıq eşqini silahla boğmaq niyyəti əks effekt verib. Bu faciə Azərbaycanda milli oyanışa səbəb olmaqla yanaşı, Sovet İttifaqının parçalanmasına təkan verdi”. Daha sonra Konqresin Azərbaycan üzrə İşçi Qrupunun üzvü S. Koen qeyd edib ki, müstəqil Azərbaycan 17 ildir, qonşu Ermənistanın ölkənin 20 faiz torpağını işğal etməsinə, Sovet dövründən qalmış iqtisadi və sosial problemlərə baxmayaraq, ciddi iqtisadi inkişaf nümayiş etdirir. Konqresmenin qənaətinə görə, mövcud inkişafın kökündə prezident və parlamentin azad seçilməsi, bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan iqtisadiyyatın qurulması, Azərbaycanda heç bir xarici ölkənin qoşununun olmaması dayanır. lent.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar