SON XƏBƏRLƏR

London kitabxanasından oğurluq edən panİranist Fərhad Həkimzadəyə iki il həbs 300 min pond cərimə hökmü verildi

2021.10.20, 07:36
London kitabxanasından oğurluq edən panİranist Fərhad Həkimzadəyə iki il həbs 300 min pond cərimə hökmü verildi

Gunaz.tv
London kitabxanasından oğurluq edən panİranist Fərhad Həkimzadəyə iki il həbs 300 min pond cərimə hökmü verildi farskitabogrusufərhadhəkimzadə.jpg BBC radiosunun verdiyi məlumata əsasən bir müddət öncə London kitabxanasından tarixi əlyazma və kitabları əmanət götürərək həmin əsərlərin önəmli səhifələrini məharətlə kəsərək oğurlayan panfarsist Fərhad Həkinzadə London məhkəməsində iki il həbs və 300 min pond cəriməyə məhkum olub. Fərhad Həkimzadə 1998-ci ildə də Asiya Səltənət mərkəzindən əntiq mallar və tarixi kitablar oğurlayaraq məhkum olmuş və həmin tarixdə 75 min pond cərimə ödəyərək azadlığa buraxılmışdır. Həbs olunan zaman Həkimzadə ona qarşı itihamları əsassız hesab edən evindən tapılan kitabların və qədimi əsərlərin kəsilmiş səhifələri Həkimzadəni etdiyi oğruluğu etiraf etməyə məcbur etdi. London məhkəməsi bildirib ki, Həkimzadə kitabları oğurlayaraq kitablara və kitabxanaya ciddi xəsarətlər dəyib ki, bu xəsarətlər pulla ölçülən deyil. Məhkəmə Həkimzadənin evindən tapılan 30 nuxsə kitab səhifələrindən əlavə 100-dən artıq səhifələrin harada olduğu məlum deyil. Həkimzadə məhkəmədə özünü mudafiə etmək üçün bildirib ki, güya o bu işi görərkən ruhi xəstəliklə əlaqəli və şəxsi kolleksiyasını doldurmaq məqsədi olub. Lakin məhkəmə Həkimzadənin dediklərini yalan adlandıraraq yoxa çıxan əsərlərin İrana göndərildiyini ehtimal edir. Fərhad Həkimzadə yazıçı, keçmiş İranın əsərlərini qoruma mərkəzinin rəhbəri, Londonun mərkəzində 3 milyon pond dəyərində şəxsi mülkə sahibdir. Fərhad Həkimzadə ABŞ vətəndaşıdır, 60 yaşı tamam olmuş İranı 1979-ci ildə tərk etmiş məşhur panfarsitlərdən biridir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar