SON XƏBƏRLƏR

Əfqanıstan heroini Azərbaycana İrandan gətirilir

2021.10.20, 07:36
Əfqanıstan heroini Azərbaycana İrandan gətirilir

Gunaz.tv
Əfqanıstan heroini Azərbaycana İrandan gətirilir Azərbaycana güclü təsirə malik narkotik maddə hesab edilən heroin İrandan gətirilir. Bunu jurnalistlərə açıqlamasıvnda Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Həzi Aslanov verib. Onun sözlərinə görə, Azərbaycana İrandan gətirilən heroinin əsas mənbəyi Əfqanıstandır: "2001-ci ildə koalisiya qüvvələri Əfqanıstana daxil olanda orada heroin əkin sahələri 8 min hektar idisə, 2008-ci ildə bu rəqəm artıq 190 min hektardan çox olub. Əfqanıstandan bu maddələrin daşınmasını bir çox ölkələrlə yanaşı İran da təşkil edir. Əsas məqsəd Orta Asiya regionundan bu maddələrin Avropaya daşınmasıdır. Ona görə də, əsas kanallardan biri də budur".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar