SON XƏBƏRLƏR

Obama Quantanamodakı məhkəmələri dayandırdı

2021.10.20, 07:36
Obama Quantanamodakı məhkəmələri dayandırdı

Gunaz.tv
Obama Quantanamodakı məhkəmələri dayandırdı obama-tetid.jpg ABŞ prezidenti Barak Hüseyn Obama vəzifəsinin icrasına başlayandan bir neçə saat sonra Quantanamodakı hərbi məhkəmədə cinayət işləri üzrə prosesləri təxirə salınmasını istəyib. Lent.az-ın məlumatına görə, yeni prezidentin tapşırığı ilə həmin cinayət işlərinə baxılması 120 gün təxirə salınıb. Hərbi prokurorlar prezidentin tapşırığının icrasına bu gündən başlayacaqlar. Bu qərarla 2001-ci il sentyabrın 11-də 3 min insanın ölümünə səbəb olan hücumları planlamaqda təqsirləndirilən 5 nəfərin məhkəməsi dayandırılacaq. Həmin 5 nəfərin edam olunması istənilir. Ümumiyyətlə isə, 21 cinayət işi üzrə məhkəmə dayandırıla bilər. Qeyd edək ki, Kubadakı Quantanamo bazasında yerləşən həbsxanada hazırda 245 nəfər cəza çəkir. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar