SON XƏBƏRLƏR

Azərbaycanda Obama administrasiyasından nə umurlar?

2021.10.20, 07:36
Azərbaycanda Obama administrasiyasından nə umurlar?

Gunaz.tv
Azərbaycanda Obama administrasiyasından nə umurlar? 20090120120217obama_debate203.jpg Bir neçə il bundan əvvəl Barak Obama senator qismində Bakıya səfər edib. Bəs Azərbaycanda Obama administrasiyasından nə umurlar? Bütün dünya ölkələrində olduğu kimi, Azərbaycan vətəndaşlarının da gözü Amerika Birləşmiş Ştatlarındadır. Demokratlar partiyasının nümayəndəsi Barak Obamanın ABŞ prezidenti kürsüsündə respublikaçı Corc Buşu əvəz etməsi əsas müzakirə mövzusu qalmaqda davam edir. Politoloq Vəfa Quluzadə hesab edir ki, Azərbaycan öz problemlərinin həllində, ilk növbədə, özünə arxayın olmalıdır. Vəfa Quluzadə həmçinin Barak Obama administrasiyasının Amerika Birləşmiş Ştatlarının imicini dəyişdirəcəyinə inandığını və seçki qabağı çıxışlarında erməni soyqırımını tanıması barədə vədlərinə xilaf çıxacağını söyləyib. Prezident aparatı ictimai siyasi şöbəsinin müdiri Əli Həsənov isə deyir ki, Azərbaycan-Amerika münasibətləri ABŞ-da kimin prezident seçilməsindən asılı olmayaraq müsbət məcrada inkişaf edir və edəcək. Amerika Birləşmiş Ştatları administrasiyası bir neçə dəfə Azərbaycanı demokratiya baxımından tənqid edib. Demokratlar hakimiyyətə gələndən sonra bu istiqamətdə vəziyyət gərginləşə bilərmi? Əli Həsənovun fikrincə, ABŞ Azərbaycana münasibəti səmimi olacaq. Əli Həsənov həmçinin yeni Vaşinqton administrasiyanın erməni soyqırımı məsələsində də obyektiv mövqe tutacağına inandığını vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar