SON XƏBƏRLƏR

İsrail Qəzza zolağından qoşunlarını tam çıxarıb

2021.10.20, 07:36
İsrail Qəzza zolağından qoşunlarını tam çıxarıb

Gunaz.tv
İsrail Qəzza zolağından qoşunlarını tam çıxarıb israil_ordsu_cixir.jpg Qəzza zolağına daxil olmuş hərbi birləşmələrin hamısı bu gecə əvvəlki dislokasiya yerlərinə çəkiliblər İsrail Qəzza zolağından qoşunlarını tam çıxarıb. İsrail ordu komandanlığının məlumatına görə, dekabrın 27-də başlayan hərbi əməliyyatla əlaqədar Qəzza zolağına daxil olmuş hərbi birləşmələrin hamısı bu gecə əvvəlki dislokasiya yerlərinə çəkiliblər. 22 gün davam edən hərbi əməliyyat Misir və Avropa İttifaqının səyləri nəticəsində dayandırılıb, tərəflər atəşkəs elan ediblər. Hərbi əməliyyat zamanı 1314 fələstinli öldürülüb, 5200-dən artıq şəxs isə yaralanıb. BMT hərbi əməliyyatın nəticələrinin aradan qaldırılması üçün milyardlarla dollar vəsaitə ehtiyac olduğunu bildirib. İsrail ordusunun Qəzza bölgəsinə hərbi hücumları zamanı bölgədə 5 Azərbaycan vətəndaşı olub. Ölkəmizin Misir Ərəb Respublikasındakı səfirliyi həmin ərazidə yaşayan 5 Azərbaycan vətəndaşı -iki qadın, üç uşaq ilə əlaqə saxlayıb. Həmvətənlərimizin hərbi hücumlar nəticəsində xəsarət almadıqları, lakin vəziyyətlərinin ağır olduğu və Qəzzadan çıxmaq imkanlarının olmadığı müəyyən edilib. Səfirlik Qazaxıstan, Rusiya, Ukrayna və ABŞ-ın Misirdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri ilə əlaqəli iş apararaq, 4 həmvətənimizin Qəzzadan Rafah buraxılış məntəqəsi vasitəsilə köçürülməsinə nail olub. Hazırda Azərbaycan vətəndaşlarının vətənə yola salınması üçün işlər görülür./ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar