SON XƏBƏRLƏR

Ərdoğan türklərə işğalçı deyən yunan Kiprinin deputatına kəskin cavab verib

2021.10.20, 07:36
Ərdoğan türklərə işğalçı deyən yunan Kiprinin deputatına kəskin cavab verib

Gunaz.tv
Ərdoğan türklərə işğalçı deyən yunan Kiprinin deputatına kəskin cavab verib erdogan3.jpg “Türkiyə Silahlı Qüvvələri və Türkiyə işğalçı deyil, qardaşlarımızın yanında himayəçi ölkə kimi varıq” Brüsseldə rəsmi səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanyunan Kiprinin deputatına qarşı sərt çıxış edib. “Avropanın Dostları” adlı təşkilatın keçirdiyi yığıncaqda iştirak edən Ərdoğan çıxışını başa vurduqdan sonra jurnalistlərin suallarını cavablandırıb. Yunan Kiprinin deputatı Mario Matsakisin Ərdoğana “işğalçı türk əsgərləri nə vaxt geri çəkiləcək?” sualı baş naziri əsəbləşdirib. Bu suala Rəcəb Tayyib Ərdoğan kəskin cavab verib: “Sən jurnalist kimi danışırsan. Amma mən jurnalist kimi yox, hadisələri yaşayan bir insan kimi danışıram. Xanım Merkel nə deyib? Yunan Kiprinin AB-yə qəbul edilməsi səhv addımdır. İstədiyin qədər başını tərpət. Bizim ölkədə yaxşı bir söz var, amma buraya yaraşmaz. Türkiyə Silahlı Qüvvələri və Türkiyə işğalçı deyil. Qardaşlarımızın yanında himayəçi ölkə kimi varıq. Yunanıstan necə himayəçidirsə, Türkiyə də o cür himayəçidir. Bunu belə də bil”. /ANSPRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar