SON XƏBƏRLƏR

BMT başçısı Qəzzadakı dağıntıları “dəhşətli” adlandırır

2021.10.20, 07:36
BMT başçısı Qəzzadakı dağıntıları “dəhşətli” adlandırır

Gunaz.tv
BMT başçısı Qəzzadakı dağıntıları “dəhşətli” adlandırır 20090120161128moon_gaza203s.jpg Qəzzaya baş çəkən BMT-nin baş katibi Ban ki-Mun İsrailin hava hücumlarına BMT obyektlərinin məruz qalmasını "yolverilməz hal" adlandırıb. Ban Ki-Mun İsrail tərəfindən, onun ifadə etdiyi kimi, həddən artıq zor gücündən istifadə etməyi pisləyib. BMT başçısı deyib ki, fələstin tərəfindən İsrailə raket zərbələri həmçinin qeyri-məqbuldur. O, bunları İsrail mərmiləri nəticəsində dağıdılmış BMT-nin ərazidəki ərzaq ambarlarından birinin qarşısında deyib. Ban Ki-Mun bu hücumdan hiddətləndiyini dilə gətirərək deyib ki, hücumu törədənlər məcüliyyətə cəlb olunmalıdırlar. BMT rəhbəri Qəzza sakinlərinə öz həyatlarını yenidən qurmağa kömək etmək üçün əlindən gələni edəcəyini vəd edib. Onun sözlərinə görə, bölgədə baş alıb gedən zorakılıq hər iki tərəfin siyasi uğursuzluğunun nəticəsidir və beynəlxalq birlik bölgədə sülhün bərqərar olması üçün daha çox iş görməlidir. Qəzzadan sonra Ban Ki-Mun İsrailin cənubundakı Sderot şəhərinə yollanacaq. Bu şəhərçik son illər fələstin zərbələrinin əsas hədəfinə çevrilib.bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar