SON XƏBƏRLƏR

Obamanın aparatı Buşun qərarlarını dondurdu

2021.10.20, 07:36
Obamanın aparatı Buşun qərarlarını dondurdu

Gunaz.tv
Obamanın aparatı Buşun qərarlarını dondurdu obama-aparat-rehber.jpg ABŞ prezidenti Barak Obamanın administrasiyası eks-prezident Corc Buşun dövründə qəbul edilən qərarların qüvvəyə minməsi prosesini dondurub. Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə yeni prezidentin andiçmə mərasimindən dərhal sonra onun aparatının rəhbəri Ram Emanuel göstəriş imzalayıb. Nazirliklərin və idarələrin işi ilə bağlı olan və indiyə qədər qüvvəyə minməyən əvvəlki qərarların hamısı ölkənin yeni rəhbərliyi tərəfindən yenidən nəzərdən keçiriləcək. Qeyd edək ki, bu, Obamanın Buşa xüsusi mənfi münasibəti deyil. ABŞ-da səlahiyyətlərin yeni administrasiyaya verilməsi zamanı qərarların dondurulması adi qaydadır. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar