SON XƏBƏRLƏR

Obama diktatorlara mesaj verdi

2021.10.20, 07:36
Obama diktatorlara mesaj verdi

Gunaz.tv
Obama diktatorlara mesaj verdi 0f80a399-3eef-4c73-ba97-7884241ddf60_w203_s.jpg «Obama Azərbaycanla münasibətlərinə böyük dövlətlərlə münasibətlərinə aydınlıq gətirəndən sonra baxacaq» Şahnaz Bəylərqızı Amerikanın yeni prezidenti avtoritar ölkələrə mesajını çatdırdı və onları yumşalmağa çağırdı. Vaşinqtondakı əməkdaşımız Qorxmaz Əsgərov belə deyir. O, «Azadlıq» radiosunun «Xəbər-ətər» proqramının yeni ABŞ administrasiyası ilə Azərbaycanın münasibətləri hansı yöndə qurula bilər sualına cavab olaraq deyib: «Barak Obama konkret Azərbaycanla münasibətlərinə böyük dövlətlərlə münasibətlərinə aydınlıq gətirəndən sonra baxacaq. Bu, ilk növbədə Rusiya ilə münasibətlərin necəliyindən aydın olacaq. Amma hər halda, Obama avtoritar ölkələrə mesajını çatdırdı. Onun fikrincə, diktatorlar tarixin səhv tərəfindədirlər, Amerika ilə danışıqlara getmək üçün ən azı yumşalma göstərməlidirlər. Obama diktatorlara mesaj verdi ki, hakimiyyətə korrupsiya, aldatma, narazıların səsini batırmaq yolu ilə gələnlər səhv tərəfdədirlər. Amma Amerika əlini uzatmağa hazırdır, əgər onlar yumruqlarını boşaltmağa hazırdırlarsa…»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar