SON XƏBƏRLƏR

İran Türkiyəyə qaz nəqlini dayandırıb

2021.10.20, 07:36
İran Türkiyəyə qaz nəqlini dayandırıb

Gunaz.tv
İran Türkiyəyə qaz nəqlini dayandırıb [ 20 Yanvar 2009 20:34 ] Bakı - APA. İran yanvarın 20-də Türkiyəyə gedən qaz kəmərini bağlayıb. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Energetika Nazirliyindən bildirilib. Qazın nəqlinin dayandırılması texniki səbəblərlə əlaqələndirilib. Nazirliyin rəsmi nümayəndəsi deyib ki, qaz nəqli dayandırılmazdan əvvəl İran tərəfi Türkiyənin dövlət şirkəti olan BOTAŞ-ı bu barədə məlumatlandırıb. Qaz nəqlinin nə vaxt bərpa olunacağı hələlik məlum deyil. Qeyd edək ki, Türkiyə Təbriz-Ankara xətti ilə İrandan gündəlik 15 milyon kubmetrdən 18 milyon kubmetrədək mavi yanacaq alır ki, bu da ölkənin tələbatının 20%-ni təşkil edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar