SON XƏBƏRLƏR

Barak Obama: «Müsəlman dünyası irəliyə getmək üçün yollar axtarmalıdır»

2021.10.20, 07:36
Barak Obama: «Müsəlman dünyası irəliyə getmək üçün yollar axtarmalıdır»

Gunaz.tv
Barak Obama: «Müsəlman dünyası irəliyə getmək üçün yollar axtarmalıdır» ABŞ-ın 44-cü prezidenti ilk çıxışında bəyan edib ki, o, xarici siyasətdə dostların və müttəfiqlərin yardımına arxalanacaq «Amerika Birləşmiş Ştatları real təhlükələrlə üz-üzədir». Bunu ABŞ prezidenti Barak Obama andiçmə mərasimindən sonra dövlət başçısı kimi ilk çıxışında deyib. Onun sözlərinə görə, bu problemləri asanlıqla və qısa müddət ərzində həll etmək mümkün deyil: «Ölkəmiz əlimiz çətin çatan zorakılıq şəbəkəsi ilə müharibə vəziyyətindədir. İqtisadiyyatımız ciddi şəkildə zəifləyib. Bunun səbəbi bəzilərinin məsuliyyətsizliyi və tamahkarlığı, eləcə də bizim ümumi uğursuzluğumuzdur». Barak Obamanın sözlərinə görə, yeni ABŞ administrasiyası yalnız yeni iş yerləri açmayacaq, həm də gələcək inkişafın əsasını qoyacaq: «İqtisadiyyatın vəziyyəti əzmli və cəld fəaliyyət tələb edir və biz bu fəaliyyəti göstərəcəyik». Barak Obama, elmin layiq oloduğu yeri tutacağına, səhiyyə xidmətini yaxşılaşdırmaq üçün müasir texnologiyalardan istifadə ediləcəyinə söz verib. O, təhsil sistemində islahatların həyata keçirilməsinin vacibliyinə vurğulayıb. ABŞ-ın 44-cü prezidenti bəyan edib ki, İraq iraqlıların ixtiyarına veriləcək və Əfqanıstanda çətinliklə əldə edilmiş sülh qorunacaq. Barak Obama deyib ki, ABŞ xarici siyasətdə dostların və müttəfiqlərin dəstəyinə arxalanacaq: «Biz köhnə dostlarımız və düşmənlərimizlə nüvə təhlükəsini zaltmaq və iqlim istiləşməsini prosesini geriyə hərəkət etdirmək üçün yorulmadan işləyəcəyik». Barak Obama müsəlman dünyasına da müraciət edib və onu irəliyə getmək üçün yollar axtarmağa çağırıb. O, dünyada yoxsulluğa qarşı mübarizə aparılacağını da bildirib. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar