SON XƏBƏRLƏR

AZƏRBAYCANLILARLA İRAN POLİSİ ARASINDA TOQQUŞMA

2021.10.20, 07:36
AZƏRBAYCANLILARLA İRAN POLİSİ ARASINDA TOQQUŞMA

Gunaz.tv
AZƏRBAYCANLILARLA İRAN POLİSİ ARASINDA TOQQUŞMA Urmiya kəndliləri susuz qoyulmalarına etiraz olaraq ayağa qalxdı Qeyri-rəsmi mənbələr bildirir ki, Urmiyanın “Nazlı” bölgəsinin Qızıl Xənəyə kəndinin sakinləri yanvarın 14-də əkin sahələrinin suvarılmasında istifadə etdikləri su mənbələrindən məhrum edilməsinə etiraz olaraq aksiyalara başlayıb. Onlar kəndin əkin sahələrinin suvarılmasında uzun illər istifadə edilən çayın istiqamətinin dəyişdirilməsinə etirazlarını bildiriblər. Çayın istiqamətinin kəndin yaxınlığında inşa edilən qum fabrikinə yönəldilməsinə etiraz olaraq soydaşlarımız Salmas-Xoy şəhərlərarası şose yolunu bağlayıb. “Amerikanın səsi” radiosu xəbər verir ki, polis və təhlükəsizlik qüvvələrinin hücumu əhali ilə təhlükəsizlik qüvvələri arasında saatlarla davam edən toqquşmalara səbəb olub. Dinc etirazçıları dağıtmaq məqsədi ilə polis əhaliyə qarşı fiziki təzyiqlər göstərib. Dinc etirazçılardan azı 15 nəfərin müxtəlif dərəcəli bədən xəsarəti aldığı, 40 nəfər kənd sakininin həbs olunduğu qeyd edilir. Yerli mənbələrin məlumatına əsasən, Urmiyanın Xomeyni xəstəxanasına yerləşdirilən yaralılar polis nəzarətində saxlanılır. Bundan başqa Qızıl Xənəyə kəndinin giriş və çıxış yolları polis tərəfindən qapadılıb. Kənd əhalisinə kənddən çıxmasına məhdudiyyətlər qoyulub. Həbs olunanların harada saxlanması barədə isə yaxınlarına hər hansı məlumat verilmir. Xəbərdə qeyd olunur ki, əkinçilik və bağçılıq 2000-dən çox əhalisi olan Qızıl Xənəyə kəndi sakinlərinin əsas dolanışıq mənbəyidir. Cavid TURAN

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar