SON XƏBƏRLƏR

BUŞ CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB OLUNA BİLƏR

2021.10.20, 07:36
BUŞ CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB OLUNA BİLƏR

Gunaz.tv
BUŞ CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB OLUNA BİLƏR Nümayəndələr palatasının spikeri Nensi Pelosi onun fəaliyyətinin araşdırılmasına tərəfdardır ABŞ-da Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bildirib ki, səlahiyyətləri bu gün başa çatan prezident Corc Buşun və onun administrasiyasının bəzi üzvlərinin fəaliyyəti araşdırılmalıdır. “Hesab edirəm ki, biz keçmişdən dərs çıxarmalıyıq. Məsələn, biz ABŞ-ın Ədliyyə Nazirliyində müşahidə edilən siyasiləşməyə göz yuma bilmərik. Ayrı-ayrı məsələləri araşdıranda görürük ki, söhbət qanunların pozulmasından gedir, ona görə də sual yaranır: biz bu qanun pozuntularına göz yummalıyıqmı?” deyə Pelosi telekanallardan birinə müsahibəsində bildirib. O deyib ki, bəzi hallarda söhbət qanunu pozanların cinayət məsuliyyətinə cəlb olunması ilə nəticələnə bilər. Xəbərlərə görə, Buşun fəaliyyəinin araşdırılmasını tələb edən təkcə Pelosi deyil. Ötən həftə konqresmen-demokrat Con Konres bildirib ki, Buş administrasiyası dövründə qanunların pozulması faktlarını araşdırmaq üçün komissiya yaradacaq. Onun sözlərinə görə, Buş İraqdakı hərbi kampaniya və aqressiv antiterror kampaniyası zamanı qanunları pozub. Həmçinin demokratlar Buş administrasiyasının milli təhlükəsizlik maraqları naminə kütləvi telefon dinləmələri haqda sərəncamla qanunları pozub-pozmadığı ilə bağlı araşdırma aparılmasına çağırıblar. Lakin yeni prezident Barak Obama bu məsələyə ehtiyatla yanaşır. O işarə edib ki, prezident Buşun və onun administrasiyasının üzvlərinin cinayət məsuliyyətinə cəlb olunması ideyasına tərəfdar deyil: “Mən hesab etmirəm ki, kimsə qanunlardan yüksəkdə durur. Lakin digər tərəfdən, biz keçmişə yox, gələcəyə baxmalıyıq”. Siyasət şöbəsi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar