SON XƏBƏRLƏR

Bakıda qadına ekstazi satan İran vətəndaşı tutulub

2021.10.20, 07:36
Bakıda qadına ekstazi satan İran vətəndaşı tutulub

Gunaz.tv
Bakıda qadına ekstazi satan İran vətəndaşı tutulub 13:42 20-01-2009 Bakı BPİ-nin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Elnarə Şehovskidən 5 həb narkotik vasitə olan ekstazin götürülüb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, narkotik vasitəni ona satmış İran vətəndaşı Amin Bəxtiyari tutulub. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Eynur Səfərovdan 36,85 qram heroin, Mingəçevir ŞPŞ əməkdaşları şəhər sakini Hikmət İsmayılovdan 8,5 qram marixuana, Şəki ŞRPŞ əməkdaşları şəhər sakini Elman Mövsümova məxsus “VAZ-2106” markalı avtomaşına baxış zamanı 0,8 qram heroin götürüblər. LENT.AZ Xəbərin oxunma sayı: 206

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar