SON XƏBƏRLƏR

Bu gün(20 yanvar) ümumxalq hüzn günüdür

2021.10.20, 07:36
Bu gün(20 yanvar) ümumxalq hüzn günüdür

Gunaz.tv
Bu gün ümumxalq hüzn günüdür 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya daxil olaraq günahsız insanları qətlə yetirməsindən 19 il keçir Bu gün bütün Azərbaycan 20 yanvar faciəsinin 19-ci ildönümünü qeyd edir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıya daxil olaraq, günahsız paytaxt sakinlərini qətlə yetiriblər. Bu gün Azərbaycanın tarixinə «Qanlı yanvar» kimi yazılıb. O, vaxtlar Azərbaycanda azadlıq hərəkatının getdikcə güclənməsi, rəsmi Moskvanı narahat etməyə başladı. Məhz buna görə də Azərbaycana əlavə silahlı qüvvələrin yeridilməsi üçün SSRİ Dövlət Təhlükəsizlik Komitəsi yanvarın 13-də Bakıda ermənilərin qovulmasını təşkil etdi və bunu azadlıq hərəkatının qəddarlığı kimi qələmə verdi. Krasnodar, Kuban, Saratov vilayətlərindən ehtiyyatda olan zabitlər, eləcə də Pskov və Tver desant diviziyaları Azərbaycana yeridildi. Rəsmi Moskva, qoşunlara güya respublikada olmayan stabilliyi yaratmağı əmr etdi. Beləliklə, yanvarın 19-dan 20-nə keçən gecə sovet hərbi texnikası və xüsusi təyinatlıları Bakıya əsasən Biləcəri, Sabunçu, Qurd qapısından daxil olaraq, sakinlərə qarşı bütün silahlardan istifadə etdi. Bir neçə saat davam edən qırğında 131 nəfər dinc sakin qətlə yetirilib, 250 -dən çox insan yaralanıb.Çoxları 20 yanvar hadisəsini faciə hesab etsə də, əksəriyyət bunu qəhrəmanlıq tariximizin bir səhifəsi kimi qiymətləndirir. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar