SON XƏBƏRLƏR

«Ergenekon» Azərbaycan Hərəkatı yarandı

2021.10.20, 07:36
«Ergenekon» Azərbaycan Hərəkatı yarandı

Gunaz.tv
«Ergenekon» Azərbaycan Hərəkatı yarandı QayNar: «Ergenekon» Azərbaycan Hərəkatı yarandı. Bu barədə təşkilatın Qaynar.info-ya ünvanladığı bəyanatda deyilir. Bəyantda bildirilir ki, son illər baş verən hadisələr, Türk mənliyinə qarşı mübarizə aparanlara layiqli cavab vermək məqsədi ilə yaradılan «Ergenekon» hərəkatının bir missiyyası da Türkiyədə əsassız iddialarla həbs edilən millətçilərin azadlığına mənəvi dəstək verməkdir. Bəyanat müəllifləri Türkiyənin dindar hökumətinə qarşı da ittihamlar səsləndirərək, mübarizələrinin əsas hədəflərindən biri Rəcəb Tayyib Ərdoğan və onun AK Partiyası olacağını bildiriblər: «İstər PKK-nın siyasiləşdirilməsi, istərsə də bölücü «dindarlar»ın iqtidara gəlməsi Türk əxlaqına zərbədir. Bu zərbəni Türkiyədə Ərdoğan və partiyadaşları məharətlə yerinə yetirir». «Ergenekon» hərəkatı ilk tələblərini də irəli sürüb: «Əsas məqsədimiz Azərbaycanı təslimiyyətə sürükləyən qüvvələrə mübarizə aparmaqdır, həmçinin Türkiyədə Türklüyə savaş açan PKK və nurçulara qarşı savaşmaqdır. Bu gün Azərbaycanda PKK-ya və nurçulara açıq-aşkar dəstək verən bir sıra media quruluşları, həmçinin şirkətlərin fəaliyyətinə qadağa qoyulmasına çalışacağıq». // T.İsmayılov, QayNar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar