SON XƏBƏRLƏR

Minsk qrupunun həmsədrləri xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər

2021.10.20, 07:36
Minsk qrupunun həmsədrləri xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər

Gunaz.tv
Minsk qrupunun həmsədrləri xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər hemsedl_19_01_09.jpg Görüşdən sonra həmsədrlər jurnalistlərə heç bir açıqlama verməyiblər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçiliyi üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa), Metyu Brayzanın (ABŞ) Azərbacan səfəri başlayıb. ANS PRESS-in məlumatına görə, bu gün həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər. Həmsədrlər keçirdikləri görüş və danışıqların mövzusu barədə jurnalistlərə heç bir açıqlama verməyiblər. Qeyd edək ki, bu gün həmsədrlərin Prezident İlham Əliyev ilə görüşləri nəzərdə tutulub.Sabah isə onlar Ermənistan gedəcəklər. Kəmalə Məmmədova/ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar