SON XƏBƏRLƏR

Rusiyadakı azərbaycanlıların çörəyi kəsildi!

2021.10.20, 07:36
Rusiyadakı azərbaycanlıların çörəyi kəsildi!

Gunaz.tv
Rusiyadakı azərbaycanlıların çörəyi kəsildi! rusiyada-bazar-azerb.jpg Hökumət xaricilərin pərakəndə satışda çalışmasını qadağan etdi Rusiya hökuməti ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri üçün xarici işçilərin kvotasını sıfıra endirməklə bağlı qərar qəbul edib. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, təşkilatlara və iş adamlarına xaricilərin sayını hökumətin qərarına uyğunlaşdırmaq – onları işdən çıxartmaq tapşırığı verilib. Qeyd edək ki, hökumət hələ 2007-ci ildə xaricilərin bazarlarda işləməsini qadağan edən qərar qəbul edib. Onlar üçün ayrılan 40 faizlik kvota ləğv edilmişdi. 2008-ci ilin dekabrında baş nazir Vladimir Putin yeni qərar imzalayıb. Həmin qərara görə, 2009-cu ildə Rusiya ərazisində xarici işçilərin sayı 2 dəfə azaldılmalıdır. Qeyd edək ki, buna qədər Rusiyada 3,9 milyon xarici işçinin cəlb edilməsi nəzərdə tutulurdu. Kvotanın müəyyən edilməsi üzrə yeni sistemə görə, ölkə iqtisadiyyatı və onun ayrı-ayrı sahələri üçün tələb olunan xaricilərin sayını hökumət və Səhiyyə və Sosial İnkişaf Nazirliyi müəyyən edir. Buna qədər kvotanı təsərrüfat subyektləri özləri müəyyən edərək nazirliyə göndərirdilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar