SON XƏBƏRLƏR

Taliblər Pakistanda dörd məktəb partladıblar

2021.10.20, 07:36
Taliblər Pakistanda dörd məktəb partladıblar

Gunaz.tv
Taliblər Pakistanda dörd məktəb partladıblar Bakı-APA. Taliban hərəkatının üzvləri Pakistanın şimal-qərbində dörd məktəbdə partlayış törədiblər. APA-nın məlumatına görə, partlayışlar Pakistan hökuməti tətildən sonra məktəblərin fəaliyyətə başlayacağını bəyan etdikdən sonra törədilib. Şagirdlər martın 1-nə kimi davam edəcək qış tətilinə çıxdıqlarına görə, partlayış zamanı xəsarət alan olmayıb. Qeyd edək ki, taliblər övladlarını dünyəvi təhsil almağa göndərən valideynləri mütəmadi olaraq hədələyirlər. Bu səbəbdən Svat ştatının sakinləri bölgəni tərk etməyə başlayıb. Ötən ilin sonunda taliblər ştat hökumətinə ultimatum göndərərək qızlar üçün nəzərdə tutulmuş bütün məktəblərin bağlanmasını tələb ediblər. Ultimatumun tarixi yanvarın 15-də başa çatıb. Taliblər bu günə kimi ştat ərazisində 170 məktəbi partladıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar