SON XƏBƏRLƏR

Ərdoğan: «Məqsədiniz yüzlərlə uşağın ölməsi idimi?»

2021.10.20, 07:36
Ərdoğan: «Məqsədiniz yüzlərlə uşağın ölməsi idimi?»

Gunaz.tv
Yaxın Şərqdə atəşkəs başladı nqu8ld6v.gif İsrail ordusunu Qəzzadan çıxarır İsrail qəzzaya hərbi təcavüzünü dayandırıb. İsrailin baş naziri Ehud Olmert Misirin Qəzzada atəşkəs təklifinə müsbət cavab verib. Lent.az-ın Misirin rəsmi MENA Xəbər Agentliyinə istinadən məlumatına görə, Ehud Olmert Misir prezidenti Hüsnü Mübarəkə zəng edərək, Qəzzada atəşkəs təklifinə “müsbət cavab verdiklərini” bildirib. Bundan dərhal sonra İsrail ordusunun hissələrinin anklavdan çıxarılmasına başlanıb. İsrailin dövlət radiosu “Kol İsrael”in məlumatına görə, gün ərzində İsrail ordusunun bir neçə hissəsi Qəzzanı tərk edib. Anklav əraziyə əlavə qoşun hissələri göndərilməyib. Zirehli tank hissələri Qəzza şəhərinin ətrafından və sektorun şimalındakı bir neçə yaşayış məntəqəsindən - Cəbaliya, Beyt-Hanun, Beyt-Lahiyadan çəkilib. Qəzzadan məhz hansı qoşun hissələrinin tərk etməsi, sektorda nə qədər İsrail hərbçisinin qalacağı barədə rəsmi məlumat verilmir. Qeyd edək ki, “Tökmə qurğuşun” əməliyyatını başa çatdıran və birtərəfli qaydada atəşkəs elan edən İsrail «HƏMAS» döyüşçülərinin hücumuna və raket həmlələrinə “adekvat reaksiya vermək” hüququnu özündə saxladığını bildirib. İsrailin atəşkəs elan etməsindən dərhal sonra «HƏMAS» müqaviməti davam etdirəcəyini bəyan etsə də, Qahirədə keçirilən məşvərətdən sonra bir həftəlik atəşkəs qərarı qəbul edib. Ərdoğan: «Məqsədiniz yüzlərlə uşağın ölməsi idimi?» İsrailin atəşkəs qərarına rəğmən, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Təl-Əvivi «bombalamaqda» davam edir. Belçikada səfərdə olan Ərdoğan bu ölkədəki türk diaspora nümayəndələri ilə görüşündə İsrailin ünvanına bir sıra sərt ittihamlar səsləndirib: «Vaxtilə Bosniya-Herseqovinada yaşananlar bu gün Qəzzada təkrarlanır. Yenə eyni susqunluq, yenə eyni yanlış! Nə insan haqları, nə hüquq yada düşür. Bizi üzən odur ki, İsrail «məqsədimizə çatdıq» deyir. Məqsədiniz yüzlərlə uşağın ölməsi idimi? Cocuqların ölməsi məsumiyyətin ölməsidir. Məsumiyyətin ölməsi isə insanlığın tükənməsidir. Mən hadisələrə deyil, o uşaqlara duyğusal yanaşıram. Bu isə mənim müsəlman olmağımdan deyil, insan olmağımdan irəli gəlir».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar