SON XƏBƏRLƏR

SƏRKİSYANIN MOSKVAYA MÜƏMMALI SƏFƏRİ

2021.10.20, 07:36
SƏRKİSYANIN MOSKVAYA MÜƏMMALI SƏFƏRİ

Gunaz.tv
SƏRKİSYANIN MOSKVAYA MÜƏMMALI SƏFƏRİ “Qaz müharibəsi”ndə heç bir rolu olmayan Ermənistanın prezidenti Rusiyada nə axtarır? 2651.jpg Xəbər verildiyi kimi, yanvarın 17-də Moskvada Rusiya prezidenti Dmitri Medvedyevin çağırışı ilə Ukrayna, Rusiya və Avropa arasındakı “qaz müharibəsi”indən çıxış yollarını axtarmaq üçün sammit çağırılmışdı. Lakin bu sammit baş tutmadı, çünki Medvedyevin çağırışlarına baxmayaraq Rusiyadan qaz alan ölkələrin heç birinin, o cümlədən Ukraynanın prezidenti bu tədbirə qatılmadı. Avropa Birliyi sammitə orta səviyyəli məmurlar göndərdi, bir neçə ölkə isə ümumiyyətlə qatılmadı. Nəticədə Moskva sammiti konfrans formatında keçirildi. Lakin konfrans iştirakçıları arasında cəmi bir dövlət başçısı olub, o da Ermənistan prezidenti Serj Sərkisyan. Maraqlıdır ki, Ermənistanın indiki qaz böhranına birbaşa və ya dolayısı heç bir dəxli yoxdur. Bu ölkənin nə qazı var, nə də tranzit funksiyalarına malikdir. Bəs onda Sərkisyan Moskvada nə gəzirdi? Bu sualın bir cavabı ola bilər. Sərkisyanın baş tutmayan qaz sammiti üçün tələm-tələsik Moskvaya getməsi onun Kremlin əlində necə bir oyuncaq olduğunu təsdiq edir. Yəni Ermənistan prezidenti onun ölkəsinə dəxli oldu-olmadı, Moskvadan gələn istənilən çağırışa dərhal əməl edib ora yollanmağa hazırdır. İstər bu çağırış at yarışına baxmaq üçün olsun, istərsə də indiki kimi Ermənistana heç bir dəxli olmayan qaz böhranı ilə bağlı. Rusiyanın Cənubi Qafqazdakı forpostu rolunu oynayan Ermənistanın prezidenti həmişə Kremlin qulluğunda hazırdır. Lakin Sərkisyanın səfəri Rusiya ilə Azərbaycan arasında Ermənistana silah verilməsi qalmaqalının davam etdiyi bir vaxta təsadüf edir. Bu baxımdan ehtimallar var ki, prezident Dmitri Medvedyev onunla bu məsələni müzakirə edib. Yəni Kreml maraqlana bilər ki, Rusiyanın Ermənistandakı bazasından bu ölkəyə 800 milyon dollarlıq silah-sursat verilməsi faktı necə mətbuata çıxıb, nəticədə Azərbaycan buna sərt etiraz edib və Kremllə Bakı arasında münasibətlərdə problem yaranıb. Məsələ ondadır ki, Azərbaycan tərəfi silah verilməsi faktının baş verdiyini açıqlasa da, Rusiya bunu hələ də inkar edir. Ermənistana silah verildiyini sonuncu dəfə xarici işlər naziri Sergey Lavrov inkar edib. Açıq-aşkar görünür ki, Rusiya üçün faktın sızması gözlənilməz olub və Moskva bundan əlverişsiz vəziyyətə düşərək məsələni ört-basdır etməyə çalışır. F.MƏMMƏDOV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar