SON XƏBƏRLƏR

İsrail ordusu Qəzzadan çıxır

2021.10.20, 07:36
İsrail ordusu Qəzzadan çıxır

Gunaz.tv
İsrail ordusu Qəzzadan çıxır 2009-01-19_9592.jpg Yanvarın 18-də İsrail ordusunu Qəzza zolağından çıxarmağa başlayıb. Bu barədə məlumatı İsrailin «Kol İsrail» radiosu yayıb. Məlumata görə, dünən Qəzzanı bir necə bölük tərk edib. Sərhəddə əsgərləri avtobuslar qarşılayıb. SAXAL-ın (İsrail ordusu) əlavə birləşmələri əraziyə gətirilməyib. Zirehli texnika birləşmələri Qəzzanın şəhərətrafı yaşayış məntəqələrindən geri çəkilib. Hələlik SAXAL-ın hansı hərbi birləşmələrinin, nə qədər əsgərin Qəzzanı tərk etməsi, hansının isə şəhərdə qalması barədə rəsmi şərh verilməyib. Xatırladaq ki, bölgədə İsrailin atəşkəsi elan etməsindən bir necə saat sonra "Həmas" Sdirot şəhərini raket atəşinə tutub. Buna cavab olaraq İsrail hərbi hava qüvvələri Qəzzada döyüşçülərin mövqelərinə zərbələr endiriblər. Bundan sonra sektorda baş verən hər hansı insident barədə məlumat yoxdur. Qeyd edək ki, israil Qəzzada hərbi əməliyyatlara ötən ilin dekabrın 27-dən başlayıb. Hərbi əməliyyatlar nəticəsində 1100-dən artıq fələstinli ölüb, 5 mindən artıq yaralı var.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar