SON XƏBƏRLƏR

“Azərbaycan və Almaniya arasındakı akademik mübadilə, hazırki vəziyyət və perspektivlər” mövzusunda tədbir keçirilib

2021.10.20, 07:36
“Azərbaycan və Almaniya arasındakı akademik mübadilə, hazırki vəziyyət və perspektivlər” mövzusunda tədbir keçirilib

Gunaz.tv
“Azərbaycan və Almaniya arasındakı akademik mübadilə, hazırki vəziyyət və perspektivlər” mövzusunda tədbir keçirilib almaniyadaaze-almankonfrans.jpg Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Misir Mərdanov və Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov da iştirak edib. Yanvarın 16-da Almaniyanın Konrad Adenauer Fondunun Akademiyasında “Azərbaycan və Almaniya arasındakı akademik mübadilə, hazırki vəziyyət və prespektivlər” mövzusunda konfrans keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, konfransda gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Misir Mərdanov, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov və digər azərbaycanlı rəsmilər iştirak edib. Tədbirin əsas məqsədi Almaniya və Azərbaycan arasında təhsil və gənclər sahəsində əlaqələri möhkəmləndirmək, yeni layihələrə imza atmaqdır. Azərbaycanlı rəsmilərlə bərabər konfransa Almaniyanın Xarici İşlər Nazirliyi, DAAD nümayəndəsi, Vüzburq Universitetinin professoru, eyni zamanda Almaniyada təhsil alan azərbaycanlı tələbələr də qatılıblar. Konfransda çıxış edən təhsil naziri Misir Mərdanov təhsil islahatları, xaricdə təhsillə bağlı prezident tərəfindən qəbul olunmuş Dövlət Proqramı, beynəlxalq mübadilə proqramları ilə əməkdaşlıq, xaricdə təhsil alan tələbələrin təqaüd və digər problemləri, onların vətənə qayıtdıqdan sonra işlə təmin olunmaları barədə danışıb. Gənclər və idman naziri Azad Rəhimov isə əsasən Azərbaycanda gənclər üçün yaradılan şərait, onların beynəlxalq miqyasda fəaliyyəti, beynəlxalq təşkilatların yaradılmasının təşəbbüskarları olan Azərbaycanlı gənclərin, eyni zamanda fəal şəkildə bu təşkilatlarda təmsil olunmaları barədə çıxış edib. Alman Azərbaycan Forumunun rəsmisi Otto Hauser Almaniya və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın və tələbə mübadiləsinin vacib olmasını vurğulayaraq, alman texnologiyası və elminin Almaniyada təhsil almış tələbələr vasitəsi ilə Azərbaycana gətirilməsinin yollarından danışıb. Tədbirin sonunda FASE (Avropada Təhsil Azərbaycanlı Tələbələr Forumu) Berlin bürosunun koordinatoru Ziya Qazıyev qeydiyyatdan keçmiş təşkilatın Almaniyada fəaliyyəti, qarşıda həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə fikirlərini bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar