SON XƏBƏRLƏR

Amerikalı general Qırğızıstanda danışıqlar aparır

2021.10.20, 07:36
Amerikalı general Qırğızıstanda danışıqlar aparır

Gunaz.tv
Amerikalı general Qırğızıstanda danışıqlar aparır 20081104063508gen.petraeus.jpg David Petraeus Qırğızıstanın Manas hava bazasını bağlamaq planları barədə məlumatları rədd edib Amerikanın Yaxın Şərq və Orta Asiya üzrə yüksək vəzifəli hərbi rəsmisi general David Petraeus Qırğızıstanda danışıqlar keçirir. Bu görüş zamanı ABŞ-ın oradakı hərbi bazasının gələcəyi məsələsinin müzakirə ediləcəyi gözlənilir. Baza Əfqanıstandakı əməliyyatlara dəstək məqsədi ilə fəaliyyət göstərir. General David Petraeusun şimaldan Əfqanıstandakı qüvvələrə alternativ təchizat marşrutunun açılışını da müzakirə edəcəyi gözlənilir. David Petraeus Qırğızıstanın Manas hava bazasını bağlamaq planları barədə məlumatları rədd edib. Bu, Amerikanın Orta Asiyada yeganə bazasıdır. Şənbə günü o, Tacikistanla Amerikanın bu ərazi ilə Əfqanıstana qeyri-hərbi avadanlığı keçirmək barədə saziş imzalayıb. General səfəri zamanı eləcə də Türkmənistana və Qazaxıstana baş çəkib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar