SON XƏBƏRLƏR

Şahnaz Qulami həbsdən çıxdı

2021.10.20, 07:36
Şahnaz Qulami həbsdən çıxdı

Gunaz.tv
Şahnaz Qulami həbsdən çıxdı shahnaz-qulami.jpg Milli fəal 20 min dollar müqabilində müvəqqəti azad olunub Güney Azərbaycandan 2008-ci il noyabrın 9-da həbs olunmuş jurnalist, hüquq müdafiəçisi və milli fəal Şahnaz Qulami, dünən Təbriz vaxtı ilə 16:00-da, 20000 ABŞ dolları zəmanəti müqabilində həbsdən buraxılıb. Şahnaz Qulaminin yenidən həbsə alınıb zindana salınması və ya azadlığa buraxılacağı bu yaxınlarda keçriləcək məhkəmədə həll olanacaq. Xatırladaq ki, bir müddət öncə Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsində güneyli jurnalist və hüquq müdafiəçisi Şahnaz Qulami barəsində 6 ay həbs qərarı çıxarmışdı. “Ettelaat” əməkdaşları milli fəalı keçən il noyabrın 9-u, gecə, Qara ağac məhəlləsindəki mənzilinə girərək özləri ilə aparmışdılar. O, Güney Azərbaycanda baş verən hadisələrdən yazdığına görə təqsirli bilinmişdi. Cinayət Məcəlləsinin “İran adlanan yerə qarşı təbliğat” maddəsi ilə ittiham olunaraq həbs olunan Şahnaz Qulaminin Təbriz həbsxanasında təhlükəli cinayətkar və əxlaqsız qadınlarla birlikdə saxlanıldığı, onun ən zəruri imkanlarla, o cümlədən yorğan-döşəklə təmin edilmədiyi də bildirilirdi. Azərbaycanlı jurnalist rütubətli və soyuq beton üzərində gecələməyə məcbur edildiyindən bel ağrılarından hələ də əziyyət çəkir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar