SON XƏBƏRLƏR

Azərbaycan hərbçiləri NATO-nun təlimlərində iştirak edirlər

2021.10.20, 07:36
Azərbaycan hərbçiləri NATO-nun təlimlərində iştirak edirlər

Gunaz.tv
Azərbaycan hərbçiləri NATO-nun təlimlərində iştirak edirlər herbicilerimiz-telimde.jpg NATO ilə Azərbaycan arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində bir sıra tədbirlər keçirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, bu çərçivədə Oberammerqau şəhərində (Almaniya) SNT planlaşdırma simpoziumu (21-22 yanvar), Türkiyədə (Hərbi Dəniz Qüvvələri bazası) “Cooperative Marlin-Mako 2009” təlimlərinin əsas planlaşdırma konfransı (26-30 yanvar), Tiflis şəhərində (Gürcüstan) “Cooperative Lanjer-Longbov 2009” təliminin əsas planlaşdırma konfransı (19-23 yanvar) təşkil olunub. “Sülh Naminə Tərəfdaşlıq” proqramına əlavə olaraq isə, Ankara şəhərində (Türkiyə) Terrorizmin maliyyə mənbələri və axınları ilə mübarizə kursu (19-23 yanvar), Sarayevo şəhərində (Bosniya və Herseqovina) Qərargah zabitləri üçün mühüm bacarıqlar kursu (19 yanvar - 20 fevral), Tallin şəhərində (Estoniya) “Combined Endevor 2009” təliminin ilkin planlaşdırma konfransı (20-23 yanvar) keçirilir. Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar