SON XƏBƏRLƏR

Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102 saylı hərbi bazasından Ermənistana verdiyi silahlarin siyahisi-Ruslar ise tekzib edir (Yenilendi)

2021.10.20, 07:36
Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102 saylı hərbi bazasından Ermənistana verdiyi silahlarin siyahisi-Ruslar ise tekzib edir (Yenilendi)

Gunaz.tv
Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102 saylı hərbi bazasından Ermənistana verdiyi silahlarin siyahisi-Ruslar ise tekzib edir (Yenilendi) 2009-01-16_9511.jpg Siyahıda göstərilən silahlar ermənilərə 102 saylı bazanın silahlanma üzrə rəisi, Şimali Qafqaz Hərbi Dairəsi komandanının silahlanma üzrə müavini, general-leytenant Vyaçeslav Qolovçenkonun imzası ilə 2008-ci ildə verilib. Bu silahların ümumi dəyəri, ekspert dəyərləndirməsinə görə, 800 milyon ABŞ dolları civarındadır. Siyahıda 21 ədəd T-72 tankı; 27 ədəd BMP-2, 12 ədəd BTR 70/80, 5 ədəd BMP-1 bazasında hazırlanmış BREM-2 döyüş maşınları; 4 ədəd ZSU 23-4 «Şilka» raketi; müxtəlif markalı «Strela» raketləri; 875 yeşik F-1, RQD-5 qumbaraları; 1050 yeşik RKQ-3/3 EM qumbarası; 7897 ədəd müxtəlif markalı (122 mm RS, 152 mm 2S3, 122 mm D-30 və s.) döyüş sursatı; 120 ədəd QP-25 lüləaltı qumbaraatanı; 2846 ədəd 5,45 millimetrlik AK-74 və AKS-74 avtomat silahları; 1472 ədəd 7,62 millimetrlik AKM və AKMS avtomat silahları; 103 ədəd NB-8 gecəgörmə cihazı; trotil şaşkaları; müxtəlif markalı (TM 62 M/P, OZM-72, PMN) minalar; 14 ədəd BM-37 minaatanları; 9 ədəd «Qrad» qurğusu (RSZO 9K51 BM-21); 10 ədəd T-55 bazasında hazırlanmış «Akasiya» qaubitsası (SAU 152 mm 1S); 14 ədəd MT-LBU bazasında hazırlanmış «Qvozdika» qaubitsası (SAU 122 mm 2 S1); 5 ədəd 100 millimetrlik «Rapira» topu (MT-12r); 210 ədəd 3 M9M3 «Kub» raketi və başqa silah, hərbi sursat, texnika və avadanlıqlar var. Xatırladaq ki, 1996-cı ildə Rusiya Ermənistana 1 milyard dollarlıq silah-sursat vermişdi. Rusiya uzun müddət bunu inkar etsə də, sonralar faktı təsdiqləməli olmuşdu. Amma bu, Rusiyanın erməniləri silahlandırması işinin dayandırılması ilə nəticələnməyib. 1996-cı ildən sonra da Rusiya ara-sıra müəyyən həcmdə Ermənistan ordusuna silah-sursat ötürüb. Bu arada ruslar deyilenleri tekzib edir Rusiya texnikası verilməsi barədə yaydığı məlumatlar həqiqətəuyğun deyil. Bu barədə cümə günü Moskvada keçirilən mətbuat konfransında Trend News-un müxbirinin sualına cavab verən Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar